Sahilyanı miqrasiya nəzəriyyəsi — müasir paleoantropologiya və genetikada mövcud olan nəzəriyyə. Bu nəzəriyyələrə görə, 100–200 min il əvvəl Afrikada müasir insanların peyda olmasından sonra insanlar ilk olaraq Afrikadan sahilyanı ərazilər boyu şərqə köç etmişdilər.Searching for traces of the Southern Dispersal , by Dr. Marta Mirazón Lahr, et al.

Nəzəriyyə Sahilyanı miqrasiya zamanı ilkin olaraq Bab əl-Məndəb boğazından (80–45 min il əvvəl) Ərəbistan yarımadası, Hindustan, Cənub-Şərqi Asiya, Yeni Qvineya, Avstraliya (40 min il əvvəl), sahilyanı Çin və Yaponiyanın məskunlaşdığı güman edilir. Bu dövr yuxarıda qeyd olunan regionlarda mitoxondrial haploqrupların M və N, eləcə də Y-xromosom C və D haploqruplarının yayılması ilə əlaqələndirilir. Bu nəzəriyyəyə görə, müasir neqritlərə və ya proto-avstraloidlərə bənzər insanlar Afrikadan Ərəbistan yarımadasına, oradan Hindustanın cənub sahillərinə, oradan Andaman adalarına və İndoneziyaya gəlmiş, buradan da cənubdan Avstraliyaya, şimaldan isə Yaponiyaya yayılmışdılar.

İstinadlar

Kateqoriya:İnsan təkamülü Kateqoriya:İnsan genetikasının tarixi Kateqoriya:Babül-Məndəb boğazı Kateqoriya:Tarixdən əvvəlki dövrdə Asiya