Əbdülbaki Arif Əfəndi () — Osmanlı alimi, din xadimi, şairi və xəttatı.Sicill-i Osmânî, III, 297-298.İsmail Hakkı Uzunçarşılı, “Değerli Türk Âlimi ve Güzel Sanatlar Üstadı Abdülbâki Ârif Efendi”, TTK Belleten, XXII/85 (1958), s. 115.Osmanlı Müellifleri, I, 362-363.
Həyatı 1633-cü ildə İstanbulda dünyaya gəldi. Atası tərsanə katibi Əmmizadə Mehmed Əfəndidir (ö. 1671). İlk təhsilini aldqıdan sonra sabiq Rumeli qazəsgərlərindən Məmikzadə Mustafa Əfəndidən dərslər alaraq mədrəsə təhsilini tamamladı (1652). 1665-ci ilin iyulunda dəftərdar Yəhya Əfəndi mədrəsəsinə müdərris təyin edildi. Burada vəzifəsini tamamladıqdan sonra şeyxülislam Minkarizadə Yəhya Əfəndinın keçirdiyi imtahanda birinci oldu və rütbəsi artırılaraq Malulzadə mədrəsəsinə müdərris oldu (1668).
Öncə Körpülü Fazil Əhməd Paşa, ardından Mərzifonlu Mustafa Paşanın himayəsinə girdi və onların maddi dəstəyini qazandı.Ramazan Şeşen v.dğr., Catalogue of Manuscripts in the Köprülü Library, İstanbul 1986, III, 122. 1681-ci ilədək müxtəlf mədrəsələrdə müdərris olaraq xidmət etdi və həmin il Saloniki qazısı təyin edildi. Bu vəzifədə ikən haqqında edilən şikayət səbəbilə IV Mehmedin əmriylə vəzifədən alındı və sürgün edildi (1683). 4 il davam edən sürgün müddəti boyunca xəttat olaraq çalışdı. Nəhayət, 1687-ci ildə bağışlandı və Bursa qazısı təyin edildi. 1692-ci ilin iyununda Qahirə və 1698-ci ildə İstanbul qazılığına yüksəldi. Öncə Anadolu (1702), ardından Rumeli (1 sentyabr 1706) qazəsgəri oldu. Həmin ilin dekabrında vəzifədən alınsa da, 2 mart 1710-cu ildə yenidən Rumeli qazəsgəri təyin edildi. Ancaq 5 may 1711-ci ildə bilinməyən səbəblə vəzifədən alındı və Bursaya sürgün olundu. Ertəsi il bağışlanaraq İstanbula qayıtsa da, çox keçmədən vəfat etdi və Əyyubsultan türbəsinin məzarlığına dəfn olundu (28 oktyabr 1713). Son zamanlarında mal-mülkünün üçdə birini xeyir işlərinə vəqf etmiş, ölümündən sonra vəsiyyətinə əsasən tələbəsi və kürəkəni olan Əbdürrəhim Faiz Əfəndi Əyyubsultanda onun adına mədrəsə inşa etdirmişdir. Bu mədrəsənin ilk müəllimi isə nəvəsi Seyid Yəhya Vaqif Əfəndi (ö. 1737) olmuşdur.
Ərəbcə və farsca dillərini mükəmməl bilən Əbdülbaki Əfəndi eyni zamanda divan sahibi olan bir şair idi.Ergun, Türk Şairleri, I, 57-60. Digər yandan Mehmed Təbrizidən aldığı yazı dərsləri ilə dövrünün məşhur talik xəttatı idi.Şevket Rado, Türk Hattatları, İstanbul, ts. (Yayın Matbaacılık), s. 121.
Behri xanım adlı bir qızının olduğu və onu tələbələrindən Əbdürrəhim Faiz Əfəndiylə evləndirdiyi bilinir.
Əsərləri
Türkcə divanı MeracnaməMetin Akar, Türk Edebiyatında Manzum Mi‘râc-nâmeler, Ankara 1987, s. 184-189. Siyer-i Nebî Menâhicü’l-usûli’d-dîniyye ilâ mevâkıfi’l-makāsıdi’l-ayniyye Muḳaddime-i Aḫlâḳ-ı Nâṣırî Muʿarrebi Mukaddime-i Fethiyye Makāle-i Kandiyye Maʿne’l-bidʿa İmruʾün ve nefsühû el-Maʿrife ve’n-nekre Şerḥu Ḳaṣîde-i ʿAbdullāh Pâşâ Taʿrîbü Risâleti’l-İṣâm fi’l-ḥaḳīḳati ve’l-mecâz Risâle-i Lâm Taḫmîs-i Ḳaṣîde-i Bânet Suʿâd
Mənbə
Şeyhî, Vekāyiu’l-fuzalâ (nşr. Abdülkadir Özcan), İstanbul 1988, s. 358-360. Râşid, Târih, IV, 10-11. Sâlim, Tezkire, İstanbul 1315, s. 441-446. Ebûishakzâde Esad Efendi, Atrabü’l-âsâr (s.nşr. Mehmed Veled [İzbudak], Mekteb, III/1-7, 10 içinde), İstanbul 1311, s. 450. Müstakimzâde, Tuhfe, s. 669-670, 690. Îżâḥu’l-meknûn, I, 515; II, 562. Hediyyetü’l-ʿârifîn, I, 496. Pakalın, II, 539-541. Brockelmann, GAL Suppl., II, 571, 630. Vasfi Mâhir Kocatürk, Türk Edebiyatı Tarihi, Ankara 1970, s. 503-504. Beyânî, Ḫoşnüvîsân, I-II, 364.
İstinadlar