DeepSeek (Çin: 深度求索; pinyin: Shēndù Qiúsuǒ) — süni intellektin inkişafında ixtisaslaşan Çin şirkəti və böyük dil modelləri ailəsidir. Haqqında Şirkət Hançjouda yerləşir, Çinin High-Flyer hedcinq fondu tərəfindən təsis edilib və dəstəklənir. DeepSeek öz modellərini açıq mənbə kimi təqdim edib. DeepSeek-V3 2024-cü ildə Qwen və ChatGPT kimi digər dil modellərinə rəqib kimi göstərilib. DeepSeek-R1-in 2025-ci ilin yanvarında buraxılması qlobal texnoloji səhm qiymətlərinin kəskin azalmasına və süni intellekt investisiyalarının yenidən qiymətləndirilməsi ilə bağlı müzakirələrə səbəb olub. Həmçinin bax ChatGPT Lianq Venfenq
İstinadlar
Kateqoriya:Süni intellekt şirkətləri Kateqoriya:Süni intellekt laboratoriyaları Kateqoriya:Çin brendləri Kateqoriya:Təbii dilin emalı Kateqoriya:Maşın öyrənməsi Kateqoriya:Dərin öyrənmə Kateqoriya:Böyük dil modelləri Kateqoriya:Çatbotlar Kateqoriya:Proqram təminatı istehsalçıları