Timur Avtadiloviç Apakidze (, ; ) — SSRİ və Rusiya hərbi pilotu. Rusiya Federasiyasının Qəhrəmanı (1995)
Həyatı Gürcüstan SSR-in Tiflis şəhərində anadan olub. Bir yaşında ikən anası ilə birlikdə Leninqrada köçüb. 8-ci sinfi bitirdikdən sonra Naximov adına Hərbi Dənizçilik Məktəbinə daxil olub. 1971-ci ildən Apakidze sovet ordusunda dəniz aviatoru kimi xidmət etməyə başlayıb.
Hərbi xidmət 1983-cü ildə mayor rütbəsi alıb. 1986-cı ildə Qreçkov adına Hərbi Dəniz Akademiyasını bitirdikdən sonra Nikolayev şəhərinə göndərilib və 100-cü qırıcı alayın komandiri təyin edilib. 1980-ci illərin sonundan 1990-cı illərin əvvəllərinə qədər o, ən yaxşı sovet, sonra isə rus qırıcı pilotu hesab edilirdi. 26 sentyabr 1991-ci ildə "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisinin göyərtəsinə Su-27K (Su-33) endirən ilk şəxs olmuşdu.
1991-ci ildə Sovet İttifaqı dağılan zaman Apakidze Krımın Saki şəhərində dəniz aviasiyası üçün hava döyüşü və taktiki təlim rəisi vəzifəsində çalışırdı. Ukraynaya sədaqət andı verməkdən imtina edərək və həmçinin yenidən qurulmuş Gürcüstan Respublikasının hərbi hava qüvvələrinə başçılıq etmək təklifini rədd edərək, alayının ən azı 16 nəfər pilotu ilə birlikdə Severomorska yola düşdü. 1992-ci ildə Rusiyanın yeganə hərbi dəniz qırıcı alayının 279-cu (Severomorsk-3) komandiri təyin edildi.
17 avqust 1995-ci ildə Rusiya Federasiyası Prezidentinin sərəncamı ilə Su-33 ilə eksperimental uçuş sınaqlarına görə Rusiya Federasiyasının Qəhrəmanı adına və "Qızıl Ulduz" fərqlənmə nişanına layiq görülmüşdür.
Ölümü 17 iyul 2001-ci ildə Rusiya Hərbi Dəniz Aviasiyasının 85 illiyi şərəfinə keçirilən aviaşou zamanı Apakidzenin Su-33 təyyarəsi manevrlər yerinə yetirərkən qəzaya uğrayıb. Apakidze mürəkkəb manevr icra edərkən texniki problemlər yaşadığını bildirdi. O, iki dəfə əmr almasına baxmayaraq katapult istifadə etmədi. Yaşayış məntəqəsindən uzaqlaşmağa çalışaraq, təyyarəni xilas etmək üçün açıq-aşkar bir cəhdlə eniş zolağına tərəf yönəldi. Təyyarəsi uçuş-enmə zolağına cəmi üç kilometr məsafədə yerə çırpıdı. Yerlə toqquşmadan Apakidze təyyarədən ayrıldı və çoxsaylı sınıqlar aldı, lakin o, xəstəxanaya aparılarkən yolda vəfat etdi.
İstinadlar
Kateqoriya:SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya pilotları