Sesiliya Konrad (; ) — Lever for Change təşkilatının baş icraçı direktoru, Pomona Kollecinin iqtisadiyyat üzrə emeritus professoru və Con D. və Ketrin T. Makartur Fondunun baş məsləhətçisi. O, daha əvvəl Pomona Kollecində Akademik İşlər üzrə dekan müavini və Makartur Fondunun Makartur Təqaüdçüləri və 100&Change proqramlarının direktoru olmuşdur. Konrad Uellsli Kollecində bakalavr dərəcəsi alıb və Stenford Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnib. Onun tədqiqatları irq və cinsiyyətin iqtisadi statusa təsiri üzərində cəmlənmişdir.

Həyatı Sesiliya Konrad 4 yanvar 1955-ci ildə Missuri ştatının Sent-Luis şəhərində anadan olub. Onun valideynləri Emmett Ceyms Konrad və Eleanor Nelson Konrad atası Müqəddəs Pol Xəstəxanası, Dallas, Texas (indiki Müqəddəs Pol Universiteti Xəstəxanası, Texas Universiteti) xəstəxanasının heyətinə qatıldıqdan sonra Dallas şəhərinə köçüblər. Emmett Konrad Texas Ştat Təhsil Şurasına 1984-cü ildə qubernator Mark Uayt tərəfindən təyin edilmiş və Dallasda şəhər miqyasında vəzifəyə seçilən ilk afroamerikalı olmuşdur. Onun həyat yoldaşı Eleanor Konrad isə seçki kampaniyasının meneceri kimi fəaliyyət göstərmişdir. Sesiliya onların yeganə övladı olub.

Təhsili Konradın iqtisadiyyata marağı Vyetnam müharibəsi, Vətəndaş Hüquqları Hərəkatı və beynəlxalq pul sistemi ilə bağlı axşam xəbərlərinin təsiri ilə yaranıb. O, bu sahəyə marağının inkişafında məktəbindəki riyaziyyat müəlliminin böyük rol oynadığını bildirir. Müəllimi onun Milli Elm Fondu (NSF) tərəfindən maliyyələşdirilən yay riyaziyyat proqramında iştirakına kömək edib. Bu proqram çərçivəsində o, rəqəmlər nəzəriyyəsi, matris cəbri, Fortran proqramlaşdırma dili və simvolik məntiq öyrənib.

Konrad 1976-cı ildə Uellsli Kollecində iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Daha sonra Stenford Universitetində əmək iqtisadiyyatı, sənaye təşkilatı və dövlət maliyyəsi sahələrində magistr və doktorluq dərəcələrini 1982-ci ildə tamamlayıb. Təhsil aldığı müddətdə o, Bell Laboratoriyasının Kooperativ Tədqiqat Proqramında iştirak edib. Bu proqram doktorluq dərəcəsi olan qadınlar və azlıqların sayını artırmaq məqsədilə yaradılmışdı. Konrad eyni zamanda Federal Ticarət Komissiyasının İqtisadiyyat Bürosu və İqtisadi Dəlillər Bölməsində iqtisadçı kimi çalışıb. O, həmçinin Klermont Qraduyet Universiteti və Massaçusets Dartmut Universitetinin fəxri doktoru adına layiq görülüb.

Karyerası Stenford Universitetində təhsil aldığı dövrdə Konrad Federal Ticarət Komissiyasında iqtisadçı kimi çalışıb. Daha sonra Bernard Kolleci və Dyuk Universitetində tədris etmişdir.

1995-ci ildə Pomona Kollecinə qoşulan Konrad burada Stedmen Samner İqtisadiyyat kafedrasının rəhbəri olmuşdur. 2002-ci ildə Kaliforniya ştatının "Karneqi İlin Professoru" mükafatına layiq görülüb. 2004-2007-ci illərdə Pomona Kollecində Akademik İşlər üzrə dekan müavini vəzifəsini icra edib. Bu müddətdə humanitar və liberal sənət təhsili çərçivəsində yay bakalavr tədqiqat proqramını genişləndirib. O, rəhbər mövqelərdə çalışarkən kampusda müxtəliflik və inklüzivliyin artırılması üçün mübarizə aparıb.

2007-2009-cu illərdə Konrad Skripps Kollecində müvəqqəti fakültə dekanı olub. Bu dövrdə Beynəlxalq Feminist İqtisadiyyat Assosiasiyasının (IAFFE), Milli İqtisadiyyat Assosiasiyasının prezidenti olmuş və Amerika İqtisadiyyat Assosiasiyasının İqtisadçı Qadınların Statusu üzrə Komitəsinin (CSWEP) idarə heyətində xidmət göstərmişdir.

2009-cu ildə Pomona Kollecinə qayıdaraq Akademik İşlər üzrə vitse-prezident və fakültə dekanı vəzifəsinə təyin olunub. 2012-ci ildə fakültənin müvəqqəti prezidenti vəzifəsini icra etmkişdir. 2010-cu ildə Konrad ABŞ Milli Elm Fondunun Elm və Mühəndislikdə Bərabər İmkanlar Komitəsinə (CEOSE) qoşulub və 2011-2012-ci illərdə sədr müavini, 2012-ci ildən etibarən isə sədr kimi fəaliyyət göstərmişdir.

Konrad 2013-cü ilin yanvarında Pomona Kollecindən ayrılaraq Makartur Fonduna keçib. Burada MacArthur Fellows və 100&Change proqramlarını idarə edən baş direktor olub. Makartur Fondunun tərkibində fəaliyyət göstərən Lever for Change qeyri-kommersiya təşkilatının icraçı direktoru olan Konrad filantropik resursları sosial dəyişikliklər üçün əlçatan etmək üçün çalışır. O, Brin Mor Kolleci, Milli Sosial Sığorta Akademiyası və Mulenberq Kollecinin Müşahidə Şurasının üzvüdür. Həmçinin Poetry Foundation-un İdarə Heyətinin üzvü olmuşdur. O, Qara Siyasi İqtisadiyyat İcmalının redaktoru və Feminist İqtisadiyyat jurnalının redaksiya heyətinin üzvüdür.

Mükafatları və fəxri adları 2018 – Samuel Z. Westerfield Mükafatı, Milli İqtisadiyyat Assosiasiyası tərəfindən 2008 – Woman of Power Award, Milli Şəhər Liqasının illik konfransı 2005 – "ABŞ-da Afrika Amerikalıları İqtisadiyyatı" adlı kitabı ilə "Seçim Jurnalı" tərəfindən ilin ən yaxşı akademik əsəri seçildi 2002 – Carnegie Professor of the Year, Karnegi Fondunun mükafatı 2002 – Pomona Kollecinin "Wig Fərqlənmiş Professorluğu Mükafatı" (Müəllimlikdə Mükəmməlliyə görə)

Kitabları

Conrad, Cecilia A (2018). “Feminist Economics: Second Wave, Tidal Wave, or Barely a Ripple?” Chapter in edited volume The Legacy of 2nd Wave Feminism in American Politics, edited by Angie Maxwell and Todd Shields, Palgrave MacMillan.

Elmi məqalələri

Conrad, Cecilia A; Dixson, Adrienne; Sloan Green, Clementine "Tina" (2014). “A Discussion on Gender Equity and Women of Color,” Frontiers: A Journal of Women Studies, Vol 35, #3: pp 3–14.

Conrad, Cecilia A (2018). “How to Mobilize Philanthropy to Advance Racial Equity? A Call to Action,” The Review of Black Political Economy, Vol. 45, #2: pp 95–103. Conrad, Cecilia A (August 6, 2019). "Big Grant, Big Learnings,” India Development Review.

İstinadlar

Xarici keçidlər Profile: Cecilia A. Conrad MacArthur Foundation Profile: Cecilia A. Conrad American Economic Association, Committee on the Status of Women in the Economics Profession (CSWEP) Profile: Cecilia A. Conrad Pomona College

Lever for Change

Kateqoriya:Feminizm ilə əlaqəli insanlar Kateqoriya:ABŞ feministləri