Əflatun Cem Güney (; ) — türk yazıçısı. Hekayələr və nağıllar müəllifi, folklorşünas.[ https://persons-info.com/persons/EFLIATUN_Dzhem_Giunei Личности. Эфлятун Джем Гюней ] Həyatı Əflatun Cem Güney ənənəvi türk xalq hekayə və nağıllarının tərtibçisi idi. Турецкие сказки- подборка на вырост O, özü də nağıllar yazıb. Əflatun Güney "Nağılçı baba" kimi də tanınıb. Sivas Sultanisini bitirdikdən sonra Konya Uşaq Evinə türk dili müəllimi olaraq təyin olunub. O, Anadolunun bir çox bölgəsində müəllim işləmişdir. "Qüvayi-milliyə"nin mətbu orqanı "Öğüt" qəzetində işləyərkən "İrşad" jurnalını da nəşr etdirirmişdi. 1930-1933-cü illərdə Afyon Liseyində ədəbiyyat müəllimi işləmişdir. Anadolunun müxtəlif bölgələrində yerli sənət jurnallarının dərc edilməsi üçün müxtəlif işlər görüb. Danimarkadakı Andersen Fondu, yazıçını 1956-cı ildə "Açıl süfrəm açıl" əsərinə görə "Dünya uşaq ədəbiyyatı" fəxri fərmanı ilə təltif etmişdir. O, 1960-cı ildə "Dədə Qorqud nağılları" kitabı ilə yenidən bu mükafatı qazanmışdır. Türk Uşaq Ədəbiyyatının öndə gedən yazıçılarından biri olan Əflatun Cem Güney bir çox nağılların müasir türkcəyə çevrilməsində böyük səy göstərmişdir. Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi tərəfindən İstanbula Milli Təhsil Müdir müavini təyin edilən Güney İstanbul radiosunda "Bir zamanlar" adlı proqramda danışdığı nağıllarla da tanınır.

Əsərləri Nağıl kitabları thumb| Yenişəhərdə (Bursa) Molla Nəsrəddin abidəsi. Nar dənəsi (1945) Ağıl qutusu (1947) Ən böyük türk nağılları (1948) Qızıl heybə Küllücə Fələyin şilləsi (1948) Açıl süfrəm açıl və Congoloz Baba (1949) Qara ilan və Qara gülməz (1949) Biri varmış, biri yoxmuş (1956) Əvvəl zaman içində (1957) Göydən üç alma düşdü (1960) Az getdim, üz getdim (1961) Gülən heyva, Ağlayan nar (1969) Al alma, Yaşıl alma (1969) Səbir daşı (1969) Həsirci baba - Kəloğlan (1969) Aygın-bayqın səs ve Nurtopu (1970) Yeddi kəndin üz qarası (1970) Altın Gergef (1971) Güldükcə güllər açan qız (1971) Təllərində bülbüllər oxuyan saz Xalq ədəbiyyatı tədqiqatları Dərdli qaval (1945) Dədə Qorqud nağılları (1958) Aşıq Qərib (1958) Əsli və Kərəm (1959) Tahir və Züleyxa (1959) Şah İsmayıl (1957) Ərzurumlu Əmrah (1955) Xalq poeziyası antologiyası (1947) Aşıq Ruhsati (1953) Məsləki (1953) Kamili (1958) Xalq mahnıları (2 cilt, 1953-1956) Molla Nəsrəddin lətifələri (1956) Folklor və Təhsil (1966) Folklor və Xalq ədəbiyyatı (1917) Matəm səsləri (1920, şiirler) Dumlupınar’a Doğru Qara yazı Atatürk - həyatı və əsərləri (1963)

Həmçinin bax 100 Türkiyə ədəbiyyatçısının siyahısı (Türkiyə Milli Təhsil Nazirliyi) İstinadlar

Ədəbiyyat

Necatigil В., Edebiyatimizda isimler sozlugu, 7 bs., Ist., 1972.

Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Türkiyə folklorşünasları