Rosneft — Rusiyanın böyük neft-qaz şirkətidir, onun səhmlərinin əsas hissələri dövlətə məxsus "Rosnefteqaz" ASC-yə aiddir. 2013-cü ildə "Rosneft" dünyada ən böyük neft istehsalçısı olmuşdur. "Ekspert" jurnalının məlumatına görə, 2017-ci ildə şirkət Rusiya şirkətləri arasında gəlirlərinə əsasən üçüncü yerdə olmuşdur.ПАО "НК "Роснефть" является одним из крупнейших работодателей в Российской Федерации. В 2021 году среднесписочная численность персонала Компании составила 330,5 тыс. человек: https://www.rosneft.ru/Development/personnel/#:~:text=ПАО%20«НК%20«Роснефть»%20является,уменьшился%20на%203%2C7%20%25.
Tam adı — Publik səhmdar cəmiyyəti "Neft Şirkəti Rosneft". Baş ofisi Moskvada yerləşir. Forbes Global 2000 məlumatına əsasən, 2022-ci ildə "Rosneft" dünyanın ən böyük şirkətləri arasında 81-ci yeri tutmuşdur.
Fəaliyyət sahəsi Rosneft aşağıdakı sahələrdə fəaliyyət göstərir: Neft və qaz hasilatı Neftin emalı Neft məhsullarının satışı Neft-kimya məhsullarının istehsalı
Əsas göstəriciləri 2022-ci ildə, Forbes Global 2000 reytinqinə əsasən Rosneft dünyada: 81-ci ümumi yer 67-ci — gəlirlərinə görə 73-cü — xalis mənfəətlərinə görə 189-cu — aktivlərinə görə 338-ci — bazar dəyərinə görə yer almışdır.
2012-ci ilin sonuna olan məlumatlara görə, şirkətdə təxminən 170 000 nəfər çalışırdı.
Sahibliyi Rosneft-in əsas səhmdarı dövlətə məxsus Rosneftegaz ASC-dir. Bu da şirkətə strateji əhəmiyyət verir və onu dövlətin əsas enerji şirkətlərindən birinə çevirir.
Sanksiyalar 2014-cü ildən etibarən Rosneft Avropa İttifaqı, ABŞ və bəzi digər ölkələrin sanksiyalarına məruz qalmışdır. Bu sanksiyalar şirkətin beynəlxalq maliyyə bazarlarına çıxışını və bəzi texnologiyalara əlçatanlığını məhdudlaşdırmışdır.
İstinadlar
Kateqoriya:London Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Rusiya brendləri Kateqoriya:Moskva şirkətləri