Qulaməli Rəşid (; ) — İranın general-mayor hərbi rütbəsində olan hərbi liderlərindən biri.

Bioqrafiyası Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuşdur (92-ci tank diviziyası, Əhvaz). Tehran Universitetində siyasi coğrafiya üzrə magistr, Tərbiət Modares Universitetində isə siyasi coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

O, 1972-ci ildən şah əleyhinə olan fəaliyyətlərdə iştirak etmişdir. O, iki dəfə həbs edilmiş və hər həbsində də bir il həbsdə yatmışdır (həbsxanada olarkən İslam İnqilabı Keşikçiləri Korpusunun gələcək rəhbərlərindən biri olacaq Möhsün Rezayi ilə görüşmüşdür).

O, İran–İraq müharibəsi zamanı ölkənin əsas hərbi liderlərindən birinə çevrilmiş və eyni zamanda daİslam İnqilabı Keşikçiləri Korpusunun yüksəksəviyyəli komandirlərindən biri olmuşdur. 1985–1998-ci illər arasında İnqilab Keşikçiləri Korpusunda xidmət etmişdir.

1998–2015-ci illər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olmuşdur. 1999-cu ildə Tehranda tələbə iğtişaşlarının yatırılmasından sonra o, prezident Məhəmməd Xatəmiyə baş verənlərlə bağlı məlumat verən və etirazları yatırmaq üçün ordunun çağırılmasından narazılıqlarını bildirmək üçün məktub yazmış 24 İslam İnqilabı Keşikçiləri Korpusu zabitindən biri olmuşdur. 2000-ci ildən general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.

2015-ci ildən etibarən isə o, Xatəmül-Ənbiya mərkəzi bazasının komandiri olmuşdur. Bu baza İran Silahlı Qüvvələrində silahlı qüvvələrin əməliyyatlarının planlaşdırılması, əlaqələndirilməsi və operativ rəhbərliyinə cavabdeh olan ən yüksək operativ hərbi hissə və İran Silahlı Qüvvələrinin Baş Qərargahının nəzdində fəaliyyət göstərən ən mühüm hərbi komanda mərkəzidir.

O, İranın ən yüksəksəviyyəli və nüfuzlu hərbi zabitlərindən biri hesab olunurdu.The Islamic Republic’s 13 Generals // IranBriefing Foundation ABŞ Maliyyə Nazirliyi onu 13 noyabr 2018-ci ildə özünün sanksiyalar siyahısına əlavə etmişdir.

13 iyun 2025-ci ildə İsrailin hava hücumları nəticəsində öldürülmüşdür.

İstinadlar

Xarici keçidlər

Photo of Gholam Ali Rashid in the Iran-Iraq war

Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İran hərbçiləri