Foldeks pişiyi — Həmçinin "Exotic Fold" kimi də tanınan, Kanadanın Kvebek əyalətində inkişaf etdirilmiş pişik növü.

Tarix 1995-ci ildə Foldeks pişiyi ilk dəfə Kanadanın Kvebek şəhərində bir sərgidə nümayiş etdirildi. Bu növ, "Şotlandiya Fold" və "Exotic Shorthair" pişiklərinin çarpazlaşdırılması nəticəsində yaradılmışdır. Nəticədə daha yumru başlı, qısa burunlu və qatlanmış qulaqlı pişiklər əldə edildi. Yeni növ ictimaiyyət arasında populyarlıq qazandı və yetişdirici Janna Barret bu növlə işləməyə başladı. Onun töhfələri nəticəsində 1998-ci ilin noyabrında "Kanada Pişik Assosiasiyası" Foldeks pişiklərini "Eksperimental Növ" statusuna layiq gördü. Nəhayət, 2006-cı ilin avqustunda rəsmi olaraq "Yeni Növ" kimi qəbul edildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri