Norveç buhundu — "Spitz" tipli it növü. "İslandiya çoban iti" və "Yemthund" ilə yaxın qohumluğa malikdir. Buhund keşikçi, həmçinin ümumi təsərrüfat və mal-qara otaran iti kimi istifadə olunur.

Xüsusiyyətlər

Orta ölçüdən bir qədər kiçik növdür. Başı pazşəkillidir, dik qulaqları və qara burnu var. Beli düzdür və dərin sinə qəfəsinə malikdir. Quyruğu yuxarı doğru dayanır və burulur. Buhundun boyu təxminən 43-45 santimetr arasında dəyişir. Erkəklərin boyu 43-46 sm , dişilərin boyu isə 44 sm olur. Çəki aralığı erkəklər üçün 14-18 kq , dişilər üçün isə 12-16 kq arasındadır. Tük örtüyü açıq krem rəngindən parlaq narıncıya qədər istənilən çalarda ola bilər. Mümkün qədər az ağ rəng və qara sima qəbul edilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri Kateqoriya:Çoban itləri