Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi — ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Dövlət qurumu. Komitə Azərbaycan hökuməti tərkibində qadınların və uşaqların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən və ölkədə ailə institutunun möhkəmləndirilməsi ilə məşğul olur. 2020-ci ildən Komitəyə Bahar Muradova rəhbərlik edir.

Tarixi Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşularaq, uşaqlarla bağlı qanunvericiliyi beynəlxalq normalara uyğun təkmilləşdirib.

Azərbaycan Respublikasında 1998-ci ildə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 2002-ci ildə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, 2003-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, 2005-ci ildə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, 2022-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunları, 2023-cü ildə “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi qaydası”, “İnklüziv təhsilin təşkili qaydası” və digər normativ hüquqi aktlar qəbul edilmişdir.

2002-ci ildə Azərbaycan Respublikası BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası"nın "Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair fakültativ protokolu"nu və "Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair fakültativ protokolu"nu, 2004-cü ildə “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyasına, 2004-cü ildə “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, 2008-ci ildə "Əlillərin hüquqları haqqında" Konvensiyanı ratifikasiya etmiş, 2019-cu ildə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa İttifaqının konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulmuş və bunun nəticəsi olaraq milli qanunvericilikdə mühüm islahatlar aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2006-cı il fevralın 6-da ailə və uşaq problemlərinin həlli ilə bağlı əlavə vəzifələr hesabına komitənin fəaliyyət dairəsi genişləndirilmiş və o, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən təşkil olunmuşdur.

Yarandığı vaxtdan bəri komitə vətəndaş cəmiyyəti daxilində qadınların iqtisadi müstəqilliyini təşviq edərək, onlara ailənin əsas təminatçısı olmadıqda özlərini və ailələrini dolandırmağa və gündəlik çətinliklərlə üzləşdikcə öhdəsindən gəlməyə kömək edir.

Strukturu Komitə sədr, sədr müavinləri və aparat rəhbərindən ibarətdir. Komitəyə şöbə və sektorlar daxildir:

Şöbələri Qadın və gender məsələləri şöbəsi Uşaq məsələləri şöbəsi Xarici əlaqələr və protokol xidməti şöbəsi Maliyyə və iqtisadiyyat şöbəsi Ailə məsələləri şöbəsi Analitik təhsil və informasiya təminatı şöbəsi Hüquqi təminat şöbəsi Kadr və kargüzarlıq şöbəsi

Sektorları Ailə problemləri sektoru İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektoru Məişət zorakılığın qarşısının alınması üzrə sektor Daxili nəzarət sektoru Mərkəzlə iş sektoru

Əsanamələri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında əsasnamələri:

Komitə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri əsas tutur. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

İstiqamətləri Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır: Uyğun olan sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini və inkişafını təmin edir; Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Vəzifələri Aşağıdakı vəzifələri yerinə yetirir:

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq; uşaq hüquqlarını müdafiə etmək; Qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək; Dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək; Dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi istiqamətlərinə uyğun olaraq təmin etmək; Digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı işini əlaqələndirmək. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etmək, dövlətin ailə siyasətini həyata keçirmək Qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq; İdmanın təbliği forma və metodlarını müəyyən etmək, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun təşviqini təmin etmək; Müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini təmin etmək; Məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədilə layihələr hazırlamaq və əlaqədar təşkilatlarla birgə tədbirlərin görülməsini təmin etmək; Ailə başçısını itirmiş şəhid ailələri, tək analar, xüsusilə əlilliyi olan qadınların və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədilə müvafiq vəsatətlər qaldırmaq; Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirmək; Komitənin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək; Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair aidiyyəti dövlət orqanlarının illik hesabatları əsasında, həmin vəziyyətə dair ölkə üzrə illik hesabat hazırlamaq, monitorinqlər aparılmasında iştirak etmək İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərin və onların işlədikləri hüquqi şəxslərin reyestrinin aparılmasını təmin etmək, ekspert şurası yaratmaq Kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək; Qabaqcıl beynəlxalq təcrübələri nəzərə alınmaqla, elmi nailiyyətləri tətbiq etmək, habelə elmi tədqiqat işlərinin aparılması və tətbiqini təmin etmək; Büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; Dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək; Komitənin strukturunun təkmilləşdirilməsini təşkil etmək Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək; Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Hüquqları Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

Müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermə; Vahid informasiya sistemini yaratmaq; Gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparmaq; Minilliyin inkişaf istiqamətləri sahəsində, yoxsulluğun azaldılması, məşğulluq strategiyası üzrə dövlət proqramlarının həyata keçirilməsində fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək; Sağlam ana, sağlam uşaq prinsiplərini həyata keçirmək, uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi biliklərin öyrənilməsini təmin etmək; Uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının və qanuni mənafelərinin qorunması; İşləyən qadınların hüquqlarının qorunması, onların hüquqlarını pozan şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq; Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək; Dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan məlumatları almaq; Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək Müstəqil ekspertləri cəlb etmək; İnvestisiyaların cəlb olunmasına dair təkliflər vermək; Televiziya və radio verilişlərinin layihələrini hazırlamaq.

Təşkili Komitənin tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Komitənin vahid sistemini təşkil edir; Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir; Nazirlər Kabineti təsdiq edir; Komitəyə sədr rəhbərlik edir və onun iki müavini var; Komitənin kollegiyasının və üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; Müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün, ictimai əsaslara uyğun, elmi-metodik şura yaradılır və əsasnaməsi Komitənin sədri tərəfindən təsdiq edilir.

Fəaliyyəti Əhatəli məlumat bazası yaratmaq məqsədilə ölkənin bütün bölgələrinə sorğular göndərir və statistik məlumatlar toplayır. Beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

1 sentyabr 2025-ci il tarixində “Tut Əlimdən” uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Sosial Reabilitasiya Mərkəzi olaraq çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə olunmuş bir mühit təmin etmək məqsədilə yaradılıb.Gənc Qızların Təhsilinə Dəstək

LayihələriLayihələr

Güclü Cəmiyyətin Zərif Simaları — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı ilə birgə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir.“Güclü Cəmiyyətin Zərif Simaları” "Qaynar xəttin əsas iş prinsipləri" — Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə geri qayıdan əhaliyə dəstək göstərilməsi məqsədilə təlimlər keçirilib.“Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlimlər