Lobya fisincanı — Azərbaycan mətbəxinə aid qəlyanaltı
Lazım olan ərzaqlar
Qırmızı lobya – 100 q baş soğan – 30 q ərinmiş yağ – 20 q qoz ləpəsi – 30 q sirkə – 20 q və ya nar şirəsi – 15 q keşniş göyərtisi – 20 q istiot duz
Hazırlanma qaydası
Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.
Mənbə
Salat və qəlyanaltılar
Kateqoriya:Lobya xörəkləri