thumb|250px|Əl sümüklərinin şişi Sümük şişi termini həm xoşxassəli, həm də bədxassəli sümük şişləri üçün istifadə edilən bir termindir. Lakin, daha çox osteosarkoma və ya osteoma kimi ilkin sümük şişləri üçün də istifadə olunur. Bəzi hallarda bu termin ikincili, metastatik sümük şişlərini də təsvir edir (məsələn, neyroblastomadan metastazlar, prostat xərçəngi və s.). Sümük xərçəngi isə bu xəstəliyə qoyulan səhv adlandırma hesab edilir.

Xüsusiyyətləri Bu zaman xəstələr hərəkət zamanı funksiyanın məhdudluğuna səbəb olan ağrıdan şikayət edirlər. Təsirə məruz qalan ərazinin yumşaq toxumalarında şişkinlik, temperaturda artım müşahidə edilir və dərialtındakı damarlar daha aydın görünməyə başlayırlar.

Bu patologiya aşkar edilən xəstələrin orta yaşı 49,7-dir (kişilər üçün 47,3 yaş, qadınlar üçün 50,8 yaş).

Bədxassəli birincili sümük şişlərinə isə 1000000 insan arasında təxminən 10 kişidə və 6-7 qadında rast gəlinir.

Diaqnozunun qoyulması və müalicəsi Xoşxassəli şişlər rast gəlinən halların təxminən 50% -ni təşkil edir. Onlar rentgen müayinəsi zamanı təsadüfi aşkar edilə bilirlər.

Rentgen müayinəsi zamanı xəstədə sümük ocaqlarında geriləmə müşahidə edilərsə, aşağıdakı müayinələr aparılır:

biokimyəvi qan və sidik testləri;Kovar H., Dworzak M., Strehl S. et al. Overexpression of the pseudoautosomal gene MIC2 in Ewing’s sarcoma and primitive neutoectodermal tumor // Oncogene. – 1990. – Vol.5. – P.1067. Puncture trepanobiopsy və ya açıq biopsiya; CT, MRT və bəzi hallarda ultrasəs.Fletcher C.D., Unni K.K., Mertens F. Pathology and genetics of tumors of soft tissue and bone. – Lyon: IARC Press, 2002. Əsasən, skelet sümüklərindəki xoşxassəli törəmələrin müalicəsi cərrahi müdaxiləyə əsaslanır. İrəliləmiş hallarda və ya xoşxassəli prosesin sümükdə aqressiv gedişi zamanı isə uzun sümüyün oynağa yaxın ucunun (oynaq başının) rezeksiyası (çıxarılması) zəruri olur.

Xoşxassəli sümük şişləri Hondroma Osteoid osteoma Osteoma Osteoblastoma Osteohondrom

Bədxassəli sümük şişləri Osteogen sarkoma Parosteal sarkoma Sarkoma Yuinq Hondrosarkoma

İstinadlar

Kateqoriya:Neoplazmalar Kateqoriya:Xoşxassəli neoplazmalar Kateqoriya: Xəstəliklər və pozuntular