Marağayilər — orta əsrlər və erkən müasir dövrdə yaşamış, sekulyar saray musiqiçiləri ilə tanınan ailə.

Soyun üzvləri Əbdülqadir Marağayi. Cəlairilər və Teymurilər dövlətində saray musiqiçisidir. Osmanlı türk musiqinin qurucusu olduğu iddia edilir. Marağayinin ana dilinin Azərbaycan dili olmasına baxmayaraq, bu dildə daha az əsər yazmış, daha çox farsca yazmışdır.TEKİN, G. (1979). Timur Devrine ait iki Türkçe Şiir [Two Turkish Poems of the Timur Period]. Harvard Ukrainian Studies, 3/4, 850–867. Retrieved may 18, 2020, from www.jstor.org/stable/41035878 Sultan Əhməd Cəlairi Əbdülqədir Marağayini yüksək qiymətləndirmişdir. Əbdülqədir Marağayinin iki kiçik dördlüyü Cəlairi saraylarında Azərbaycan dilinin rolunu göstərən sübutlardan biridir. Bu dördlüklər tuyuğ və koşuk adları daşıyır. Rəvayət edilir ki, koşuk Əmir Teymur üçün bəstələnmiş və onun qarşısında oxunmuşdur. Marağayinin Azərbaycan dilində yazdığı bu mənzumələr musiqi məclislərində türk dilinin rolunu göstərir. Xacə Əbdüləziz. Fateh Sultan Mehmetin dövründə Osmanlı sultanlarına əsərlər həsr edən və Azərbaycandan könüllü şəkildə gələn musiqi ustaları arasındadır. Mahmud Marağayi. Əbdülqadir Marağayinin nəvəsidir və Anadoluda doğulmuşdur. Sultan Süleyman Qanuninin musiqiçi cəmiyyətinin (cəmaat-i mutriban) iştirakçısı idi. O, sekulyar (dünyəvi) ailəyə mənsub olmasına baxmayaraq, Qanuninin musiqiçiləri arasındakı tək dərviş idi.

İstinadlar

Ədəbiyyat

Halil İnalcık (2011). Has-Bağçede ʿAyş u Tarab: Nedimler, Şairler, Mutribler. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları. M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh.

Kateqoriya:Marağayilər