Ben Meddou (Devid Vulf kimi də tanınır;"David Wolff" on the AFI Film Catalog ) — 1930-1970-ci illərdə fəaliyyət göstərmiş ABŞ ssenarist və sənədli filmlər müəllifi. Kolumbiya Universiteti məzunu Meddou karyerasına 1930-cu illərdə ABŞ sənədli filmi hərəkatının bir hissəsi olaraq başlayıb.
1936-cı ildə o, "The World Today" adlı solçu xəbər verlişinin yaradıcılarından biri oldu, lakin verliş teleekranlarda çox uzun sürmədi. Devid Vulff təxəllüsü altında Meddou Pol Strend-Leo Hurvitzin rejissor olduğu "Doğma Torpaq" (1942) adlı sənədli filmin ssenaristlərindən biri oldu.
Onun yazdığı ilk tammetrajlı ssenari "Tələyə salınmış" filminə təsadüf etdi. Onun ssenarisini yazdığı digər filmlər arasında Klarens Braunun "Kül murdarlayan" (1949, Vilyam Folknerin eyniadlı romanına əsaslanmışdır), Con Hyustonun "Asfalt cəngəlliyi"(1950, Meddou bu filmə görə Oskar mükafatına namizəd görüldü), "Conni Gitar" (1954, ssenari Filip Yordanla birgə yazıldı), "Tanrının kiçik akrı" (1958, Erskin Koldvellin romanına əsaslanmışdır; Meddou "Qeyri-amerikan fəaliyyəti komissiyası" tərəfindən təqib olunduğu üçün ssenari müəllifi kimi öncə Filip Yordan göstərilmişdir; Meddouya müəllif adı yalnız Kaliforniya Universiteti Film və Televiziya Arxivinin bərpası zamanı geri qaytarılmışdır) və "Bağışlanmamış" (1960) kimi filmlər yer alır.
Onun sənədli film janrında olan əsərləri arasında "Qəriblər fırtınası", "Piləkənlər" və BAFTA mükafatını qazanmış "Vəhşi göz" kimi filmlər yer alır. Meddounun solo bədii rejissorluq debütü valeh edici və o dövr üçün qeyi-adi sayılan "Dəri əlaqəsi" filminə təsadüf etdi, filmin hekayəsi bir neçə soyuyan məhəbbət və dostluqdan bəhs edir və Meddounun ssenarilərinə xas olan zəngin personajlarla əlamətdardır.
1968-ci ildə o, Edmund Notonun "Makkeyb" romanı əsasında ssenari yazdı; bu romanın film adaptasiyası "Makkeyb və xanım Millər" adı altında çəkilmiş və Meddounun adı müəlliflər arasında qeyd olunmamışdır. Onun yazdığı son ssenari "Mefistonun valsı" (1970) adlı qorxulu melodrama filmi üçün oldu.
İstinadlar
Meddou