Li Strasberq Teatr və Kino İnstitutu () — 1969-cu ildə rejissor Li Strasberq tərəfindən təsis edilmiş ABŞ aktyorluq məktəbi. İnstitut Strasberqin yaratdığı, Konstantin Stanislavskinin ideyalarını inkişaf etdirən aktyor oyun metodunu öyrətmək məqsədi daşıyırdı. Strasberqin ölümündən sonra instituta onun həyat yoldaşı Anna Strasberq rəhbərlik etmişdir.https://web.archive.org/web/20101011201250/http://newyork-strasberg.com/lee.html

İnstitutun tədris mərkəzləri Nyu-York və Hollivudda yerləşir. Onun məzunları sırasında Al Paçino, Robert de Niro, Dastin Hoffman, Stiv Buşemi, Ancelina Coli və digər dünya miqyasında tanınmış aktyorlar vardır.

İstinadlar

Xarici keçidlər Официальный сайт

Kateqoriya:Teatr təhsil müəssisələri Kateqoriya:Nyu-York təşkilatları Kateqoriya:1969-cu ildə yarananlar