thumb|Fars şairi Sədinin "İsra və Merac və Lotus ağacı" poemasının poetik uyğunlaşmasını özündə əks etdirən "Bustan"ının 7-ci səhifəsi Sidrətül-Müntəha () — hədis mənbələrinə görə Məhəmmədin Meracda qarşılaşdığı ağac.
Etimologiya Sidrə lüğətdə "Ərəbistan gilası adlanan xoş kölgəli nəbk" ağacı mənasını verir. Sidrə ilə müntəha sözlərinin əmələ gəlmiş sidrətül-müntəhanın mənası "son nöqtədəki sidrə" deməkdir. Termin mənası isə "Məhəmməd peyğəmbərin Merac gecəsi yanında ilahi sirlərə vaqif olduğu ağac və ya məqam" şəklində izah oluna bilər. Sidrədül-Müntəha sözləri Quranda yalnız bir yerdə — Nəcm surəsinin 16 ayəsində keçir.
Məna və təfsir Sidrətül-müntəha ilə bağlı əsas iki görüş irəli sürülmüşdür. Daha çox qəbul olunan görüşə görə, sidrətül-müntəha səmada yerləşən ağacdır və Məhəmməd Meracda onun yanında ilahi sirlərə vaqif olmuşdur. Çünki bu ifadənin yer aldığı Nəcm surəsindəki ayələr Məhəmmədin Meracı ilə əlaqəlidir. Ümumiyyətlə qəbul olumuş görüşə görə, Məhəmməd, Merac gecəsi sidrətül-müntəhanın yanında Cəbrayılı öz xarici görünüşü ilə görmüşdür. Sidrətül-müntəhanı əhatə edən şey isə Allahın nuru, mələklər və ya məlum olmayan başqa varlıqlardır.
Sidrətül-müntəhaya bu adın verilmə səbəbi barədə də müxtəlif fikirlər mövcuddur. Onlardan bəziləri belədir: cənnətin son nöqtəsində yerləşməsi, aşağıdan yüksələn və yuxarıdan gələn şeylərin burada yekunlaşması, yaradılmışlara aid bütün biliklərin burada sona çatması, bundan sonrasının Allahdan başqası üçün görünməz (qeyb aləmi) olması. Təbəri qeyd edir ki, fərqli ehtimalların hamısı ayədəki sözlərə uyğundur və bunlardan hansının üstün tutulacağı barədə qəti bir rəvayət yoxdur. Buna görə də, bunlardan biri və ya hamısı mümkün ola bilər.
Bu açıqlamaların ortaq nöqtəsi budur ki, sidrətül-müntəha bir sərhəd məfhumunu ifadə edir. Burada Merac gecəsi Məhəmmədin təcrübəsi istisna olmaqla, böyük mələklər və peyğəmbərlərdən heç kim keçə bilmir və yaradılmışların biliyinin çata biləcəyi son nöqtə kimi qəbul olunur. Ümumiyyətlə qəbul olunan fikrə görə, Məhəmməd Merac gecəsi Cəbrayılla sidrətül-müntəhaya qədər getmiş, ondan sonrasına isə rəfrəf (qiymətli örtük və ya döşəkə) ilə davam etmişdir. Bu səbəbdən sidrətül-müntəha Cəbrayılın məqamı hesab olunmuşdur. Bundan əlavə, buranın İlliyyin (ən yüksək mərtəbə) olduğu barədə də fikirlər də səsləndirilmişdir.
Sufilikdə Təsəvvüfdə sidrətül-müntəha haqqında müxtəlif fikirlər söylənmişdir. İlk sufilərdən hesab olunan Səhl ət-Tüstəriyə görə, sidrətül-müntəha bəşəri biliyinin bitdiyi yerdir. Səhl ət-Tüstəriyə görə sidrətül-müntəha Məhəmmədin ibadətlərindəki nurdan yaranmış, ilahi feyzlər sidrə üzərində ona gəlmiş və ona mətanət vermişdir.
Eynəlquzat əl-Həmədaniyə görə sidrə rübubiyyət (ilahi idarə və tərbiyə) ağacıdır və meyvəsi übudiyyətdir (ibadət və təslimiyyət).
İbn əl-Ərəbiyə görə Məhəmməd İbrahimin məqamı olan yeddinci səmanı da keçərək sidrətül-müntəyə yetişmiş, sonra buranı da ötüb keçərək qədərləri yazan qələmlərin çıxardıqları səsləri eşitəcək nöqtəyə qədər yüksəlmişdir. Sidrətül-müntəha, peyğəmbərlər və onlara iman gətirmiş xoşbəxt insanların əməllərinin surətlərinin saxlanıldığı yerdir və bu surətlər qiyamətə qədər burada mühafizə olunurlar. Bu əməllərdən əksolunan parıltılar sidrəni bürümüş və gözqamaşdırıcı gözəl bir hala salmışdır. İbn əl-Ərəbi, sidrətül-müntəhadakı nur kəpənəklərinin və dörd çayın xüsusi mənalarının olduğunu, lakin bu mənaları tam şəkildə dərk etməyin mümkünsüz olduğunu söyləmişdir. O, həmçinin gözəl bir natiq olan Məhəmmədin bu haqda susmağı üstün tutduğunu və digər insanların da bu məsələ də susmalı olduqlarını söyləmişdir. Burada İbn əl-Ərəbi Meracla bağlı nüansları bəzi mənəvi və ilahi rəmzlər olaraq görmüşdür.
Şah Vəliyullah əd-Dəhləvinin izahları da bu istiqamətdə olmuşdur.
Ədəbi məntlərdə Ərəb, fars və türk ədəbiyyatlarında müstəqil beytlərlə birlikdə mədhiyyələrdə, məsnəvilərdə, cənnət haqqında məlumat verən ensiklopedik ədəbi əsərlərdə və Məhəmmədlə bağlı müxtəlif əsərlərdə bu mövzuda zəngin nümunələrə rast gəlinir. Bu mövzu ərəb və fars şairlərin fərqli dünyagörüşləri və fantaziyalarının təsiri ilə şişirdilərək türk divan ədəbiyyatına da sirayət etmişdir. Türk ədəbiyyatında sidrə, divan məzmun və rəmizləri içində məhsuldar materiala çevrilmiş, həmçinin təsəvvüf baxışlarının təsiri də ilə bu sahəyə məxsus fərqli çalarlar qazanmışdır. Bu mövzudakı ədəbi nümunələrə Əbdülvasi Çələbinin, Rəcəb Vəhyinin, Gelibolulu Qürurinin beytlərini, Arif, Nəhifi, Yenişəhərli Ömər kimi şairlerin meraciyyələrini misal göstərmək olar.
Həmçinin bax
Tubə
İstinadlar
Kateqoriya:İslam terminləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam esxatologiyası Kateqoriya:İslamda ağaclar