Azərbaycanda Böyük ipək yolu irsi — tarixən Azərbaycanın Böyük ipək yolu ticarəti ilə əlaqəsi, bununla bağlı olaraq inkişaf edən tarixi və mədəni irs.
Tarixi inkişaf
265x265px|thumb|right|Min imperatoru Syuandenin adı yazılmış boşqab 252x252px|thumb|right|Elxanilər dövrünə aid şirli boşqab Çini Avropa ilə birləşdirən Böyük İpək yolu müasir Azərbaycanın ərazisindən keçmişdir. Bu yol mədəniyyətlərarası mübadilədə vacib rol oynayırdı. Naxçıvan-Təbriz yolu və Ərdəbil marşrutu müasir Azərbaycan ərazisini Böyük İpək Yolu ilə birləşdirirdi. Xəzər dənizi bölgələri İpək Yolu üzərindəki Qafqaz marşrutları boyunca ticarət, iqtisadiyyat və mədəniyyət əlaqələrinin yaranması və intensiv inkişafı üçün xüsusi əhəmiyyətə malik idi. Azərbaycanda istehsal edilən xalçalar Böyük İpək Yolu boyunca yerləşən bazarlara, xüsusilə Çinə ixrac edilirdi. VII əsr Çin səyyahı Syuançzan qeyd edirdi ki, Azərbaycan ərazisi xalçaçılığın vacib mərkəzidir. Azərbaycandakı erkən orta əsrlərə aid, arxeoloji qazıntılar ərzində tapılmış Suriya şüşə qabları Azərbaycan ərazisinin İpək Yolunun qərb hissəsi ilə də əlaqəli olduğunu göstərir.
İpək Yolunun Xəzər düzənliklərindən keçən hissəsi hərbi-strateji, ticarət və iqtisadi nöqteyi-nəzərindən çox vacib idi. Buna görə də Xəzər keçidi müxtəlif vaxtlarda regional güclər arasındakı mübarizələrin getdiyi arena olmuşdur. V–VI əsrlərə aid Xəzər istehkamları Xəzər dənizi boyunca keçən karvan yollarını qorumaq üçün tikilmişdi. Xəzər xaqanlığı mövcud olduğu 3 əsr boyunca İpək Yolunun Avrasiya marşrutunun qərb hissəsinə nəzarət etmək üçün mübarizə aparmışdır.
Volqa-Xəzər və Volqa-Baltik ticarət yolları İpək yolunu genişləndirmiş və Avrasiyanın şimalında yaşayan əhali üçün İpək Yoluna çıxışın asanlaşmasına gətirib çıxartmışdır. Səlcuq dövründə Volqa regionun vacib şəhəri olan Bulqarda şirvan tacirlərinin yaşayış məntəqəsi var idi. Şəhərdəki müsəlman qəbiristanlığında şirvanlıların qəbirləri tapılmışdır.
Azərbaycanda tapılmış xarici sikkələr İpək Yolu tədqiqatı üçün vacib sübutlardır. Bəsrə, Mərv, Bəlx, Səmərqənd, Buxaraya aid olan dirhəmlər Azərbaycanda tapılmışdır. Azərbaycandan keçən İpək Yolu marşrutları Tiflis-Şəmkir-Gəncə-Bərdə-Beyləqan və ya Dərbənd-Şamaxı-Bərdə-Beyləqan istiqamətlərində Şimali İran şəhərlərinə birləşirdi.
Vacib şəhərlər V əsrdən Albaniyanın paytaxtı olan Bərdə (qədim dövrdə Partav) İpək Yolunun qollarından birinin üzərində böyük ticarət mərkəzi idi, X əsrə qədər isə ən böyük sənətkarlıq mərkəzlərindən biri idi. VIII–X əsrlərdə Bərdə şəhəri vacib nəqliyyat nöqtələrindən biri idi. Bərdənin əl-Kürki bazarı İpək Yolunda yerli və beynəlxalq tacirlər arasındakı ticarət üçün vacib nöqtə idi. Beyləqan şəhəri də İpək Yolu ticarətinin vacib mərkəzi idi, Ərdəbildən Bərdəyə gedən karvan yollarının üzərində yerləşirdi. Gəncə və Şəmkir şəhərləri Bərdə-Tiflis karvan yolunun üzərində yerləşir, İpək Yolunun üstündə və xristian və müsəlman sivizilizasiyalarının kəsişdiyi yerdə yerləşən bu şəhərlər Qafqazın hərbi-siyasi, sosial-iqtisadi və mədəni həyatında vacib ünsürlər idi.
Beyləqanın İranın İpək Yolu şəhərləri olan Rey və Kaşan ilə əlaqəsini arxeoloji qazıntılar vasitəsilə öyrənmək mümkündür; qazıntılar zamanı Rey və Kaşana aid fayans əşyaları olan bir dükan tapılmışdır. Eyni zamanda, tapılmış seladon fraqmentləri Çinlə əlaqələri göstərir, kovri (dəniz ilbizi) qabıqları isə Hind okeanındakı Maldiv adaları ilə münasibəti nümayiş etdirir.
Şəkinin memarlığı tarixən bu şəhər Böyük İpək Yolunun bir hissəsi olanda və Dağıstanı Cənubi Qafqaz vasitəsilə şimal yolları ilə birləşdirəndə formalaşmışdır. Şəki Xan Sarayı ilə birlikdə şəhərin mərkəzi İpək Yolu boyunca mühüm ticarət mərkəzi olaraq, unikal memarlığı və tarixinə görə 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Satılan məhsullar İpək Yolu ilə Azərbaycana gətirilən Çin malları əsasən ipək, ipək parçalar, aromatik məmulatlar, çini qablar, qiymətli daşlar və s. idi. Bunlar arasında çini qablar xüsusilə əhəmiyyətli idi, möhkəmliyi və şəffaf görünüşü ilə xüsusi qiymətləndirilirdi. İranda istehsal edilən Minay fayans qabları Azərbaycandakı şəhərlərə də ixrac edilirdi.
XV əsrdən XVII əsrin I yarısına qədər Şirvan xam ipəyin dünya bazarına əsas ixracatçılarından biri idi. İxracat Hindistan, İran, Osmanlı və İtaliyaya edilirdi. Xəzər ətrafındakı ticarət mərkəzi olan şəhərlərdə, o cümlədən Şamaxı, Bakı və digər şəhərlərdə Çin ipəyi və keramikası, Hindistan ədviyyatları, şimal ölkələrindən dəri və xəz, Persiya və Azərbaycandan xalçalar, ipək parçalar, metal və şüşə məmulatları satılırdı.
Çin keramikası texnikası müsəlman Şərqindəki ustalar tərəfindən təkrarlanaraq belə keramika məhsulları istehsal edilmişdir. Şabrandan tapılmış keramika nümunəsində iki ceyran bulaq ətrafında təsvir edilmişdir. Çin incəsənətində dağlar, çaylar, meşələr və şəlalələr daoist konseptə görə insan və təbiət vəhdətinin rəmzi idi.
Musiqi Firəngiz Əlizadə violonçel ifaçısı Yo-Yo Ma tərəfindən qitələrarası İpək Yolu Layihəsində iştirak etmək üçün dəvət edilən bəstəkarlar arasında əsas yeri tutmuşdur. Əlizadənin dörd əsəri İpək Yolu Ansamblının dünya üzrə qastrol səfərlərindəki repertuarının əsas ünsürlərinə çevrilmişdir.Akhundova, N., & Huseynova, A. (2009). Arts: Composers: Caucasus. In S. Joseph (ed.), Encyclopedia of Women & Islamic Cultures Online. Brill.
İpək Yolu Beynəlxalq Musiqi Festivalı ənənəvi olaraq Azərbaycanın Şəki şəhərində keçirilir. Festivalın bədii rəhbəri Firəngiz Əlizadədir.
Oyun Şahmat oyunun Azərbaycanda yayılması İpək Yolu boyunca aparılan mədəni dialoqa görə baş vermişdir, hələ VI əsrdə Azərbaycanda şahmat oyunu bilinirdi. Şahmat Hindistandan Böyük İpək Yoluna yayılmışdır. IX əsrdə Cəlaləddin Naxçıvani ən böyük şahmat oyunçularından biri idi.
Böyük İpək Yolu boyunca, Mərkəzi Asiya, Aralıq dənizi, Qafqaz və Şimali Qara dəniz regionu şəhərlərində nərd oyunu bilinirdi. Azərbaycanın Bərdə şəhərində, müasir Mingəçevir ərazisində, Qəbələ (keçmiş dövrdə Kabalaka) qalasının Səlbir hissəsində zərlər tapılmışdır. Zərlər altıya qədər rəqəmlərə malik idi, iki əks tərəfin cəmi 7 rəqəmini verirdi. Bu rəqəm sayı 7 planeti simvolizə edirdi. Müasir Mingəçevir ərazisindən tapılmış, erkən orta əsrlərə aid zərlər keramikadan düzəldilmişdir.
Elm Azərbaycan alimi Fərid Ələkbərli ehtimal edir ki, çıldaq ənənəsi XIII əsr monqol hakimiyyəti dövründə Çindən Azərbaycana gəlmişdir.
Türkiyə, Azərbaycan və Yaponiya alimlərinin iştirakı ilə keçirilən İpək Yolu Forumu 1996–1998-ci illərdə Monqolustanda aparılmış yapon tarixi araşdırmalarının nəticələrini təqdim etmişdir. Azərbaycan İpək Yolu Araşdırmalar Mərkəzinin direktoru Kamil Vəli Nərimanoğlu İpək Yolu Mədəniyyət Atlasının tamamlandığını və Yaponiyanın köməyi ilə bölgədəki mədəniyyət abidələrinin bərpasına hazırlıq işlərinin aparıldığını bildirmişdir.
2008-ci ildə "Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Bundan başqa, Azərbaycanda "İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi fəaliyyət göstərir. Bu təşkilat Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq edir. Birlik həm də Rusiya tərəfindən soyqırıma məruz qalan çərkəz xalqı haqqında silsilə tədbirlər keçirmişdir. Bu tədbirlərdə çərkəz diaporunun nüməyəndələri iştirak etmiş, Azərbaycanla çərkəzlər arasında əlaqələrin davam etdirilməsi yolları təklif edilmişdir.
Müasir dövrdə rolu thumb|329x329px|Transxəzər Nəqliyyat Marşrutunun xəritəsi
Köhnə İpək yolunun əsas magistralları olan Azərbaycan, Qazaxıstan və Türkmənistanda müasir dövrdə neft və qaz kəşf edilmişdir. Bu bölgələrin "Neft Yolları" kimi tanınıb, keçmişdəki kimi əhəmiyyətli olması mümkün hesab edilir. 1998-ci ilin sentyabrında Azərbaycanın "Gülüstan" sarayında "Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans" keçirilmiş, "Böyük İpək Yolu"nun bərpasına dair tarixi-hüquqi sənəd olan Bakı Bəyannaməsi imzalanmışdır. Əmrahov M. Böyük İpək Yolu. Dərs vəsaiti. Bakı:Mütərcim, 2011, 84 s., s. 67
Qarabağ münaqişəsi ilə bağlı olaraq, Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri Azərbaycan rəhbərliyinin regional layihələr və müttəfiqliklərlə bağlı fikirlərinə təsir etmiş, türk həmrəyliyi və Şərq-Qərb dəhlizinin və ya tarixi İpək Yolunun inkişaf etdirilməsi kimi ideyalara üstünlük verilməsinə gətirib çıxartmışdır. Türk həmrəyliyi və qədim İpək Yolunun bərpası ideyaları bir-birini möhkəmləndirən layihələr olaraq düşünülmüşdür. Beləliklə, Cənubi Qafqaz və Mərkəzi Asiya mədəni cəhətdən türkdilli ölkələrin, iqtisadi cəhətdən İpək Yolu ölkələrinin yerləşdiyi məkanlar olaraq, bir-birindən ayrılmaz şəkildə bağlı olan regionlar olaraq görülmüşdür.
Azərbaycan 1 dekabr 2015-ci ildə Çinin Kəmər və Yol Təşəbbüsünə qoşulmuşdur. Azərbaycanın da iştirak etdiyi Transxəzər nəqliyyat marşrutu Böyük İpək Yolunun müasir reallıqlarda dirçəlişi olan Kəmər və Yol Təşəbbüsü beynəlxalq layihəsini inkişaf etdirir.
2025-ci ildə Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalamışdır. Sənəddə qeyd edilmişdir ki, yeni birgə inkişaf məkanı yaratmaq üçün Kəmər və Yol Təşəbbüsünün Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" dövlət inkişaf strategiyası ilə uyğunlaşdırılması möhkəmləndiriləcək. Azərbaycan Gürcüstanda keçirilən İpək Yolu Beynəlxalq Forumunun və Qazaxıstanda keçirilən "Yeni İpək Yolu" Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumunun iştirakçısıdır.
2025-ci ilin oktyabrında Azərbaycan və Gürcüstan arasında gömrük prosedurlarının sadələşdirilməsi üçün, "İpək yolu" sərhəd məntəqəsi layihəsi üzrə danışıqlar həyata keçirilmişdir. 2025-ci ilin noyabrında Çin Dəmir Yollarının konteyner daşıma şirkəti CRCT Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının ortaq müəssisəsi "Middle Corridor Multimodal Ltd"yə qoşulmaq barədə müqavilə imzalamışdır.
2025-ci ilin dekabrında Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir. Bununla bağlı sərəncamda bu sözlər qeyd edilmişdir: "İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır."
İrs qeydiyyatı
Ümumdünya irsi Adı Şəkil Yer Qəbul edilmə ili Əlaqələndirilmiş qeyri-maddi mədəni irslərİstinadŞəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi150px|alt=Stained glass windows in the palaceŞəki 2019 1549rev; ii, v (mədəni)1) Kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi (2014)2) Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti (2020)
Dünya irsi müvəqqəti siyahısı Adı Şəkil Yer Tarix UNESCO meyarı Təsvir Şuşa tarixi şəhəri 150x150px|alt=Susha, view from above Şuşa rayonu 2001 i, iv, v, vi (mədəni) Suşa XVIII əsrdə Cənubi Qafqazda yaranmış bir neçə müstəqil xanlıqdan biri olan Qarabağ xanlığının paytaxtı olmuşdur. Şəhər Böyük ipək yolu üzərində mühüm dayanacaq idi. Ordubad tarixi şəhəri 150x150px|alt=Geysarriya monument, a building in light-coloured stone and brick Naxçıvan MR 2001 i, iv, v (mədəni) Ordubad Zəngəzur dağ silsiləsi ərazisində yerləşir. Şəhər Böyük ipək yolunun mühüm dayanacağı idi. İlk şəhər Qala XV əsrdə Ordubadçayın sahilində salınmışdır. XVII–XVIII əsrlərdə ticarət fəaliyyəti çayın o biri tərəfinə doğru baş vermişdir. Xudafərin körpüləri və əlaqəli obyektlər 150px|alt=An old stone bridge over a river Cəbrayıl rayonu 2021 ii, iv (mədəni) Bu iki körpü Araz çayından keçir. Onbeşaşırımlı körpü (şəkildə) XI–XII əsrlərə aiddir və çox güman ki, əvvəlki bünövrələr üzərində inşa edilmişdir. Bir neçə dəfə dağıdılıb və yenidən tikilib. Onbiraşırımlı körpü XIII əsrdə tikilmişdir. Tarixən bu iki körpü Böyük ipək yolu karvanları tərəfindən istifadə edilib və müxtəlif dövrlərdə imperiyaları birləşdirib.
UNESCO Qeyri-Maddi Mədəni İrsi