Debbi Allen (; ) — ABŞ aktrisası, rəqqasəsi, xoreoqrafı, rejissoru və prodüseri. Emmi mükafatı və "Qızıl Qlobus" mükafatı qalibi. Həyatı Debbi Allen 1950-ci il yanvarın 16-da Texas ştatının Hyuston şəhərində dörd uşağın ən kiçiyi olaraq anadan olub. Onun böyük bacısı aktrisa və müğənni Filisiya Rəşaddır. Allen Rəşadın baş rolu oynadığı məşhur sitcom "The Cosby Show"un rejissoru və həmprodüseri idi. O, Hovard Universitetində və Şimali Karolina Universitetində bakalavr dərəcəsi aldı. O, Hovard Universitetində klassik yunan ədəbiyyatı və teatr üzrə bakalavr olub. Beş yaşından etibarən rəqs dərsləri almağa başlamışdır. Lakin irqçilik səbəbindən Hyuston Balet Məktəbinə qəbul edilməmişdir. Anası uşaqlarını irqçilikdən uzaq tutmaq üçün Meksikaya köçmüş və orada Debbi "Ballet Nacional de México" ilə rəqs etmişdir. Daha sonra ailə Hyustona qayıtmış və Debbi Hyuston Balet Fondunun ilk afroamerikalı rəqqasəsi olmuşdur. Brodveydə çıxış etməyə başladı. Debbi Allen 2001-ci ildə Los-Ancelesdə "Debbie Allen Dance Academy" (DADA) adlı rəqs akademiyasını təsis etmişdir. Bu qeyri-kommersiya təşkilatı, müxtəlif yaş qruplarına rəqs təhsili verir və rəqs sənətinin inkişafını dəstəkləyir. Akademiya baletdən hip-hopa qədər geniş spektrdə dərslər təklif edir.

Debbi Allen 1984-cü ildən keçmiş NBA basketbolçusu Norm Nikson ilə evlidir. Cütlüyün üç övladı var, DeVauqn, Vivian və Norman Jr. Vivian Nikson,

2020-ci ildə Debbi Allen "Kennedy Center Honors" mükafatına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları Kateqoriya:ABŞ rejissorları Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:ABŞ xoreoqrafları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Los-Anceles Kaliforniya Universitetinin müəllimləri