Avropa İttifaqının Ədalət Məhkəməsi — Avropa İttifaqının (Aİ) məhkəmə orqanı. Lüksemburq şəhərinin Kirçberq rayonunda yerləşən bu Aİ İnstitutu iki ayrı məhkəmədən ibarətdir: Avropa Ədalət məhkəməsi və Ümumi məhkəmə. 2005-ci ildən 2016-cı ilə qədər Ədalət Məhkəməsinin tərkibində Dövlət Qulluğu məhkəməsi də var idi. O, özünəməxsus məhkəmə sisteminə malikdir və dövlətlərüstü bir qurumdur.
Avropa İttifaqının Ədalət Məhkəməsi Aİ-nın əsas məhkəmə orqanıdır və Aİ Üzv Dövlətlərinin milli məhkəmə orqanları ilə əməkdaşlıqda Birlik qanunvericiliyinin vahid tətbiqinə və şərhinə nəzarət edir.
Aİ-ın Ədalət Məhkəməsi həmçinin milli hökumətlər və Aİ qurumları arasında hüquqi mübahisələri həll edir və hüquqları pozulmuş şəxslər, şirkətlər və ya təşkilatlar adından Aİ qurumuna qarşı tədbir görə bilər.
Tərkibi Avropa Məhkəməsi iki əsas məhkəmədən ibarətdir.
Avropa Ədalət Məhkəməsi (AƏM) kimi tanınan məhkəmə Aİ qanunvericiliyinin təfsiri ilə bağlı ilkin qərarlar üçün milli məhkəmələrin müraciətlərinə baxmaq, öhdəliyin yerinə yetirilməməsinə görə Aİ Üzv dövlətlərinə qarşı birbaşa hərəkətlər, ləğv edilmə və hərəkətsizliyə görə Aİ təsisatlarına qarşı birbaşa hərəkətlər, habelə ümumi qərarlar üzrə məhkəmə qərarları və şikayətlərə baxmaq səlahiyyətinə malikdir. Məhkəməyə hər Aİ Üzv Dövlətindən (hazırda 27) bir hakim, və onlara kömək edən 11 baş vəkil daxildir. Lissabon müqaviləsindən əvvəl Birinci İnstansiya Məhkəməsi kimi tanınan Ümumi Məhkəmə, fiziki və ya hüquqi şəxslərin Aİ təsisatlarının və agentliklərinin aktlarına qarşı qaldırdıqları iddialara, Aİ üzv dövlətlərin Avropa Komissiyası və ya Avropa İttifaqı Şurasına qarşı qaldırdıqları iddialara, Aİ qurumları və ya agentliklərinin vurduğu zərərə görə iddialara, əqli mülkiyyətlə bağlı iddialara, habelə Aİ-nın məhdud işçilərinin məşğulluğu və Sosial Təminat institutları arasında mübahisələrə dair iddialara baxmaq səlahiyyətinə malikdir. Ümumi Məhkəməyə Aİ-nın hər bir üzv dövlətindən iki hakim daxildir.
Hakimlər və Baş vəkillər “milli hökumətlər tərəfindən birgə yenilənə bilən 6 illik müddətə” təyin olunurlar. Məhkəmənin öz katibib və Aparat işçiləri var.
Funksiyası Aİ Ədalət Məhkəməsinin əsas missiyası Avropa İttifaqı müqavilələrinin “təfsiri və tətbiqi zamanı” “qanunlara əməl olunmasını” təmin etməkdir. Aİ institutları tərəfindən görülən tədbirlərin qanuniliyini nəzərdən keçirir. Üzv dövlətlərin müqavilələrdən irəli gələn öhdəliklərinə əməl etmələrini təmin edir. Avropa İttifaqı hüququ qanunlarını şərh edir.
Aİ Ədalət Məhkəməsinin tərkibi və fəaliyyəti prosessual qaydalarla tənzimlənir.The role of constitutional courts in multi-level
Tarixi Məhkəmə 1952-ci ildə yaranıb. 1957-ci ildə Avratom və Avropa İqtisadi Birliyinin yaradılması ilə onun adı Avropa Birlikləri Ədalət Məhkəməsi oldu. 1988-ci ildə məhkəmə komissiyadan Birinci İnstansiya Məhkəməsinin yaradılmasını istədi və 2004-cü ildə Dövlət Qulluğu Məhkəməsi adlandırıldı. 2009-cu ildə Lissabon müqaviləsi imzalandı və məhkəmə sisteminin adı "Avropa İttifaqının Ədalət Məhkəməsi" olaraq dəyişdirildi. Məhkəmənin iş dili ingilis və fransız dilləridir.
Hüquqi şərhi Avropa İttifaqının Ədalət Məhkəməsi Avropa İttifaqının ayrı-seçkiliyə qarşı qanununun substantiv bərabərlik şərhini qəbul edir.
Həmçinin bax
Avropa İttifaqının müqavilələri Avropa İttifaqı vətəndaşlığı
İstinadlar
Xarici keçidlər Official website Access to documents of the Court of Justice of the EU on EUR-Lex The archival fonds of the Court of Justice of the European Union is consultable at the Historical Archives of the European Union
Kateqoriya:Beynəlxalq məhkəmələr Kateqoriya:Avropa İttifaqı hüququ Kateqoriya:Avropa İttifaqı qurumları Kateqoriya:1952-ci ildə yaradılmış təşkilatlar