Macroscelides micus (ümumi adı: Etendeka yumruqulaq sengi və ya Etendeka yumruqulaq fil siçanı) — "Macroscelididae" fəsiləsinə aid olan bir fil siçanı növü. Bu növ yalnız Namibiyanın şimal-qərbində yerləşən Etendeka geoloji formasiyasının çınqıllı düzənliklərində tapılır. Təxminən 7,3 düym (19 sm) uzunluğunda və 28 qramdan az çəkiyə malik olan bu növ, fil siçanları fəsiləsinin ən kiçik növüdür.

Təsvir "Macroscelides micus", məlum olan ən kiçik fil siçanıdır. Bədən forması uzunburunlu siçana bənzəyir. Lakin Afroterilər üstdəstəsinə aid olduğu üçün əslində siçanlardan daha çox fil və dəniz inəkləri ilə yaxından qohumdur. Dərisi çəhrayı, xəz qurşağı isə qırmızı rəngdədir ki, bu da onun ətrafdakı vulkan qayaları ilə kamuflyaj olunmasına kömək edir. Tam yetişmiş bir fərdin çəkisi 28 qramdan az, uzunluğu isə quyruğu ilə birlikdə 19 sm-dir. M. micus bədəninə nisbətən uzun və incə ayaqlara malikdir.

"M. micus" yuva qazmır, əvəzində kollarda yatır. Uzun burnu ilə yerüstü həşəratları ovlayır. Bəzi fil siçanı növlərinin monoqam olduğu və ömürlük cütləşdiyi məlumdur, lakin "M. micus" üçün bu hal təsdiqlənməyib. "M. micus" balaları, tez-tez əkiz doğulur və doğuşdan qaçmaq qabiliyyətinə malikdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Atlanqaçlar Kateqoriya:Afrika məməliləri Kateqoriya:Əlifba sırasına görə heyvanlar