Molla Əli — Rusiya Federasiyasının Dağıstan Respublikasının Qızılyar rayonunda yerləşən kənd. Molla Əli kəndi Bolşezadoyevskiy kənd inzibati vahidliyinə daxildir.

Coğrafiyası Kənd, Qədim Terek çayının sol sahilində, kənd yaşayış məntəqəsinin mərkəzi olan Bolşezadoyevsk kəndindən 6 km şərqdə və Qızılyar şəhərindən 15 km şimal-şərqdə yerləşir.

Əhali 2010-cu il Ümumrusiya əhali siyahıyaalınmasına görə kənddə 64 (29 kişi, 35 qadın) nəfər yaşayırdı. Kəndin əhalisi əsasən noqaylar və azərbaycanlılardan təşkil edilib. Molla Əli kəndinin etnik-mədəni tarixinin, əsasını İrandan köçən Azərbaycan icmasının təşkil etdiyi qonşu Persidski kəndinin məskunlaşma dinamikası ilə sıx əlaqəli və oxşar olduğu güman edilir.

İstinadlar

Kateqoriya:Qızılyar rayonunun yaşayış məntəqələri