Çalburun — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çalburun kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Dağətəyi ərazidədir. Keçmiş adı Govlu olmuşdur. 1903-cü ildə Govlu kəndi Çalburun adlanan dağ tirəsinin ətəyinə köçürülmüş və yeni yaşayış məntəqəsi də Çalburun adlandırılmışdır. Toponim çal (boz rəng) və burun (dağın çıxıntılı hissəsi) komponentlərindən düzəlib, "boz rəngli çıxıntı" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1848 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri