Kiçik Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kiçik Qaramurad kənd inzibati ərazi dairəsində kənd.

Salam

Toponimikası Orta dağlıq qurşaqdadır. Mənbələrin məlumatına görə, Qaramurad adlı kənd 1828-ci ildə yaranmışdır. 1826-28-ci illər Rus-İran müharibəsi dövründə Gürcüstandan İrəvana qaçmış 400 azərb. ailəsini İrəvanlı Hüseynqulu xan Zəngi çayının sağ sahilində sərhəddə məskunlaşdıraraq bir neçə kəndlə (Mürsəlli, Baratlı, ArdıĢlı, Qarakeşiş) birlikdə Qaramurad kəndini də yaratmışdı. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Qaramurad (indiki Böyük Qaramurad) kəndindən çıxmış ailələr salmışlar. Oykonim Böyük Qaramurad kənd adının qarşılığıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 892 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri