Alanya Əlaəddin Keyqubat Universiteti — Antalyanın Alanya rayonunda 2015-ci ildə yaradılmış dövlət universitetidir."Resmî Gazete - 23 Nisan 2015". 23 Nisan 2015 tarihinde kaynağından arşivlendi.

Adını Anadolu Səlcuqlu sultanı Əlaəddin Keyqubaddan alır. Universitet 23 aprel 2015-ci il tarixli, 29335 saylı Rəsmi Qəzetdə dərc olunan qanunla təsis edilmişdir. Tərkibində 10 fakültə, 1 ali məktəb, 1 institut, 5 ali peşə məktəbi və 18 tətbiq və tədqiqat mərkəzi fəaliyyət göstərir."2023 Yılı Sayıştay Denetim Raporu". 2023.

Tələbə sayı və kadr heyəti 2023–2024 tədris ili etibarilə universitetdə ümumilikdə 15081 tələbə təhsil alır. Bakalavr səviyyəsində 9022, magistratura proqramlarında 511 və doktorantura proqramlarında 93 tələbə təhsil alır.

2023-cü il etibarilə akademik heyətdə 60 professor, 104 dosent, 152 doktor müəllim üzvü, 115 müəllim və 157 elmi işçi olmaqla ümumilikdə 588 akademik işçi fəaliyyət göstərir. Rektorluq vəzifəsini Kənan Əhməd Türkdoğan icra edir."Yeni bir başlangıç: ALKÜ rektörlüğü görevine Prof. Dr. Kenan Ahmet Türkdoğan atandı". Antalya Körfez Gazetesi - Antalya Haber, Son Dakika Antalya Haberleri. Erişim tarihi: 2025-07-31.

Akademik bölmələr

Fakültələr

Təhsil fakültəsi İqtisadi, idarəetmə və sosial elmlər fakültəsi Rafət Qayış mühəndislik fakültəsi Qazipaşa aviasiya və kosmik elmlər fakültəsi Sağlamlıq elmləri fakültəsi İdman elmləri fakültəsi İncəsənət, dizayn və memarlıq fakültəsi Turizm fakültəsi Diş həkimliyi fakültəsi Tibb fakültəsi

Kolleclər

Ağsəki Kolleci Alanya Ticarət və Sənaye Palatası Kolleci Alanya Ticarət və Sənaye Palatası Turizm Kolleci Səhiyyə Xidmətləri Kolleci Qazipaşa Mustafa Rəhmi Böyükballı Kolleci Xarici Dillər Kolleci

İnstitut

Magistratura Təhsil İnstitutu

Rektorlar

Əhməd Pinarbaşı (2015–2019) Əkrəm Qalan (2019–2023, vəzifəsindən azad edildi) Arifə Uslu Göyçəoğlu (2023–2024, müvəqqəti) Kənan Əhməd Türkdoğan (2024–idavam edir)

İstinadlar