Azərbaycanın Rumıniyadakı səfirliyi — Azərbaycan Respublikasının Rumıniyada diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycan Respublikasını Rumıniyada təmsil edir və Azərbaycanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Rumıniyada təmsil edir.
2023-cü ildən Azərbaycanın Rumıniyada fövqaladə və səlahiyyətli səfiri Qüdsi Osmanovdur.Q.D.Osmanovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hər iki ölkə Avropa Şurasının üzvüdür.
Tarixi Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. 19 iyun 1992-ci ildə Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmuşdur.Azərbaycan Respublikası ilə Rumıniya arasında ikitərəfli münasibətlər
1998-ci ilin noyabr ayında Rumıniyanın Azərbaycanda səfirliyi açılıb.
2001-ci ildə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb."HEYDAR ALIYEV HERITAGE" INTERNATIONAL ONLINE LIBRARY
Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə 17 dekabr 2022-ci ildə Rumıniyada işgüzar səfərdə olub.İlham Əliyevin Rumıniyaya işgüzar səfəri
Rumıniya Prezidenti Klaus Yohannis 2023-cü ilin fevral ayında Azərbaycanda rəsmi səfərdə olub.
Parlamentlərarası əlaqə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan — Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu
2021-ci ilin may ayında Rumıniya Parlamentində Rumıniya — Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir.RUMINİYA-AZƏRBAYCAN DOSTLUQ QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ
Azərbaycanın Rumıniyadakı səfirləri Azərbaycanın Rumıniyada səfiri Azərbaycan Respublikasını Rumıniyada təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfir Müddət başlanğıcı Müddətin sonuEldar Həsənov 20012013E.H.Həsənovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası PrezidentininHüseyn Nəcəfov 2018H.N.Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı2023 Qüdsi Osmanov 2023
Rumıniya vizası 2025-ci ildən etibarən Rumıniya vizası artıq sadəcə milli viza deyil, tam hüquqlu Şengen vizası hesab olunur. Azərbaycan vətəndaşları Rumıniyaya getməkdən ötrü Şengen vizası almalıdırlar.Rumıniya Vizası
Tələb olunan sənədlər Mülki vəziyyətin sübutu (evlilik şəhadətnaməsi, uşaqların doğum şəhadətnaməsi, həyat yoldaşının ölüm şəhadətnaməsi), əgər varsa İş yerindən/Təhsil müəssisəsindən arayış Şəkil 3.5x4.5 Əvvəlki Şengen vizalarının nüsxələri, əgər varsa Mülk haqqında sənəd, əgər varsa Pasport (6 aylıq etibarlılıq müddəti) Bankdan arayış/Bank kartından çıxarış (son 6 ay üçün) Pasportun əsas səhifəsinin surəti
İstinadlar
Xarici keçidlər EMBASSY OF ROMANIA in the Republic of Azerbaijan Embassy of the Republic of Azerbaijan in Romania Facebook Twitter
Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Rumıniyanın xarici siyasəti Kateqoriya:Rumıniyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycan–Rumıniya münasibətləri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri Kateqoriya:Rumıniya