Seyyid Əhməd Şərif ibn Məhəmməd Şərif ibn Məhəmməd ibn Əli əs-Sənusi (; ) — Sənusi təriqətinin şeyxi.
Həyatı
Ailəsi O, Sənusi təriqətinin banisi Məhəmməd ibn Əli əs-Sənusinin nəvəsi, Məhəmməd Şərif əs-Sənusinin isə oğludur.
Təhlisi və mübarizəsi Dini təhsilini Cağbubdakı ailə mərkəzində, atasının, əmisi Məhəmməd Mehdi əs-Sənusinin və digər şeyxlərin nəzarəti altında alıb. O, Şimali Afrika və Aralıq dənizi sahillərindəki kolonial təzyiqlərə qarşı uzun və sistemli mübarizə aparıb. Əmisi və Vəday sultanı ilə birlikdə fransızlara qarşı döyüb, lakin 1906–1907-ci illərdə ağır itkilərlə üzləşib. 1911-ci ildən başlayaraq italyanlara qarşı cihada yönəlib və müxtəlif döyüşlərdə, o cümlədən 16 may 1913-də general Mombretti komandanlığındakı italyan ordusuna qarşı qələbə qazanıb. Osmanlı tərəfi ilə birlikdə Sənusi qüvvələrini İngiltərəyə qarşı əməliyyatlara cəlb edib. Səllum uğrunda döyüşlərdə müvəffəqiyyətlər və məğlubiyyətlər yaşayıb. Siyasi və hərbi liderlikdən sonra o, bütün hərbi və siyasi səlahiyyətlərini əmisinin nəvəsi İdrisə həvalə edib və özünü daha çox təriqətin mənəvi rəhbərliyinə həsr edib. Bir müddət Türkiyədəki Milli Mübarizəni dəstəkləyib. Türkiyədə Respublika elan edildikdən sonra səssizliyə bürünüb və Mersin yaxınlığındakı xristian kəndində yaşamağa məcbur edilib.
Ölümü 1926-cı ildə Türkiyə hökuməti ondan ölkəni tərk etməyi tələb edib. Bundan sonra o, Şam və Fələstin vasitəsilə Hicaza yollanıb və 10 mart 1933-cü ildə Mədinədə vəfat edib.
Populyar mədəniyyətdə Onu Türkiyədə yayımlanan "Məxsusa: Tripoli" tele-serialında aktyor Kənan Çoban canlandırıb.
İstinadlar
Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Müsəlman dini liderlər