Klira — 1887–1982-ci illərdə musiqi alətləri istehsal edən Almaniya şirkəti. Şirkət əvvəlcə skripka, alt və violonçel hazırlamaqda ixtisaslaşmışdı. Lakin XX əsrin ortalarında akustik və elektrik gitaraları da istehsal etməyə başladı. 1960-cı illərdə Klira, rəqibləri Höfner, Framus, Hoyer və Hopf ilə birlikdə aparıcı Almaniya gitara istehsalçılarından biri idi.
Klira şirkəti 1887-ci ildə alman skripkaçısı Yohanes Klir tərəfindən Şönbaxda (indiki Lübi) təsis edilib. Çexiyada yerləşən bu yer XVIII əsrdən simli alətlərin satışı və istehsalı mərkəzi olmuşdur. 1918-ci ildə Yohanes Klirin ölümündən sonra oğlu Otto Yosef Klir şirkəti öz üzərinə götürdü. 1920-ci illərin sonlarında şirkət ildə 50.000-ə qədər skripka istehsal edirdi. İkinci Dünya müharibəsindən sonra şirkət Çexiya hakimiyyəti tərəfindən müsadirə edildi və 1948-ci ildə Sudet almanlarının təqibi nəticəsində Otto Klirin ailəsi Qərbi Almaniyaya, Frankoniyaya qaçdı, əvvəlcə Erlanqenə, sonra Poksdorfa və nəhayət, 1950-ci ildə (Höfner də daxil olmaqla, Şönbaxdakı bir çox rəqibləri kimi) Bubenroytda məskunlaşdı. Şirkət skripkalardan daha çox gitara istehsal etməyə məhz Bubenroytda başladı. Əvvəlcə onlar akustik gitaralar, 1960-cı illərdən başlayaraq isə elektrik gitaralar istehsal edirdilər. Klia həmçinin elektrik bas gitaraları, əsasən Höfner (model 500/1) tərəfindən dizayn edilmiş və "Beatles Bass" kimi tanınan gitaraların surətlərini də istehsal edirdi. 1960-cı illərdə Klir elektrik gitaralarına artan tələbat və ixrac satışları sayəsində güclü satışlar əldə etdi. Lakin sonrakı onillikdə Asiya mənşəli musiqi alətlərinin rəqabətinin artması səbəbindən satışlar azaldı və şirkət təxminən bir əsrlik mövcudluğundan sonra 1982-ci ildə fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.Klira — German string instrument manufacturer
İstinadlar
Xarici keçidlər гитар Клира