Şahzadə Mariya (; ) — Böyük Britaniya kralı V Corcun yeganə qızı, Britaniya monarx ailəsinin üzvü. Eyni zamanda VIII Eduard və VI Corcun bacısı, II Elizabetin isə bibisidir.

Həyatı 25 aprel 1897-ci ildə saat 15:30 radələrində Norfolkdakı Sandrinqem sarayında dünyaya gəldi. Doğulduğu əsnada atasının nənəsi olan Kraliça Viktoriya hələ də səltənətdə idi. York hersoqu Şahzadə Corcun və xanımı Mariya Tekin üçüncü övladı və yeganə qızı idi. Doğulduğu əsnada babası, atası və iki böyük qardaşının ardından taxt sıralamasında beşinci yerdə olsa da, özündən kiçik 3 qardaşının doğulmasından sonra daha aşağı sıraya düşdü.

7 iyunda Sandrinqem yaxınlığındakı Müqəddəs Mariya Maqdalena kilsəsində vəftiz edildi. Mürəbbiyələr tərəfindən təlim-tərbiyə edildi. Alman və fransız dillərini səlis öyrəndi. 3 yaşında ikən 1901-ci ildə babası VII Eduard, 13 yaşında ikən 1910-cu ildə atası V Corc taxta çıxdı.

Birinci Dünya müharibəsi illərində hərbçi ailələrinə etdiyi xeyriyyəçiliklə məşhurlaşdı. 1922-ci ildə Harvud qrafı Henri Laskelleslə evləndi. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi. Corc Laskelles Qerald David Laskelles

1932-ci ildə Krallıq şahzadəsi () ünvanı aldı. 1936-cı ildə qardaşları VIII Eduard və VI Corc ard-arda taxta çıxdı. İkinci Dünya müharibəsi illərində Britaniya ordusunun qadın qoluna komandanlıq etdi. Müharibənin ardından müxtəlif dövlət tədbirlərində qardaşı VI Corcun təmsilçisi olaraq iştirak etdi.

1952-ci ildə qardaşının vəfatının ardından qızı II Elizabetin səltənətinə şahid oldu. Onun səltənətində də dövlət vəzifələrini yerinə yetirdi və bir çox daxili və xarici səyahətlərdə kraliçanı təmsil etdi. 28 mart 1965-ci ildə yaşadığı Harvud villasının bağında gəzərkən keçirdiyi ürək tutması səbəbilə vəfat etdi. Vestminster sarayının zalında cənazəsi nümayiş etdirildi və ardından Harvuddakı Laskelles ailə məzarlığına, ərinin yanına dəfn olundu.

Qalereya

Mənbə

Ədəbiyyat

Collins, Alice S. "Princess Mary's Wedding Bells: England's Absorbing Interest in Preparations for her Romantic Marriage with Viscount Lascelles--Presents from People". New York Times Allison, Ronald (1991). Allison, Ronald; Riddell, Sarah (eds.). The Royal Encyclopedia. Macmillan Press. ISBN 978-0333538104 Lucas, J. (2008). Thomas Beecham: An Obsession with Music. Boydell & Brewer Ltd. p. 183. ISBN 9781843834021 Jones, Nigel R. (2005). Architecture of England, Scotland, and Wales. Westwood, CT, US: Greenwood Publishing Group. pp. 133–135. ISBN 0313318506 Shawcross, William (2009), Queen Elizabeth The Queen Mother: The Official Biography, Macmillan, pp. 135–136, ISBN 978-1-4050-4859-0 Anning, S. (1966). The General Infirmary at Leeds. E. and S. Livingston. ISBN 9780598254436 Basford, E. (2021). Princess Mary. The History Press. ISBN 978-0-7509-9700-3 Bradford, Sarah (1989). King George VI. London: Weidenfeld and Nicolson. p. 424. ISBN 0-297-79667-4 Vickers, Hugo (1994). Royal Orders. Boxtree. p. 147. ISBN 9781852835101 Risk, James (2001). Royal Service Volume II (first ed.). London: Third Millennium. pp. 13–46. ISBN 1903942047

İstinadlar Kateqoriya:Almanəsilli Britaniya şəxsləri