Ufuk Gezer (Bursa, 17.04. 1975) — türk diplomatı, Türkiyənin Avstraliyada fövqaladə və səlahiyyətli səfiri.
Haqqında Ufuk Gezer 17 aprel 1975-ci ildə Türkiyənin Bursa şəhərində anadan olub. 1997-ci ildə Boğaziçi Universitetinin İqtisadiyyat və İdarəetmə bölməsinin Siyası Elmlər və Beynəlxalq münasibətlər fakültəsini bakalavr diplomu ilə bitirib.Büyükelçi Ufuk GEZER
2011-ci ildə Vyana Universiteti — Vyana Diplomatik Akademiyasından magistr dərəcəsi alıb.
İngilis və alman dillərini təmiz bilir, evlidir, iki övladı var.
Karyerası
İş yerləri 24 noyabr 1997 – 03 fevral 1998-ci illər — İnsan Resurslarının İdarə edilməsi: Zabitliyə namizəd 2 mart 1998 – 15 sentyabr 2000-ci illər — Attaşe. Xaricdə karyera yüksəlişi üzrə Baş İdarənin müavini 15 sentyabr 2000 – 16 sentyabr 2002 — Türkiyə Respublikasının Nayrobidəki səfirliyi: Üçüncü katib 16 sentyabr 2002 – 11 yanvar 2005 — Türkiyənin Frankfurtdakı Baş Konsulluğu: Vitse konsul 1 noyabr 2005 – 1 oktyabr 2006 — Qərbi Avropa Departamenti: İkinci katib, birinci katib 1 oktyabr 2006 – 1 noyabr 2007 — Türkiyə Respublikasının Kabildəki səfirliyi: Birinci katib 1 noyabr 2007 – 1 sentyabr 2011 — Türkiyə Respublikasının Vyana Səfirliyi: Müşavir 1 sentyabr 2011 – 15 sentyabr 2014 Siyasi Planlaşdırma Baş İdarəsi: Şöbə müdiri 15 sentyabr 2014 – 14 avqust 2014 — Türkiyənin Münsterdəki Baş Konsulluğu: Baş konsul 14 avqust 2015 – 1 oktyabr 2019 — Berlin səfirliyi: Birinci müşavir, Səfir-müşavir 10 yanvar 2019 – 31 yanvar 2020 — Xarici İşlər Nazirliyi: Xüsusi müşavir 31 yanvar 2020 – 24 yanvar 2023 — Cənub-Şərqi Asiya Baş direktorluğu: Baş direktorun müavini, səfir.
26 yanvar 2023 ildən Ufuk Gezer Türkiyəni Avstraliyada təmsil edən ən yüksək diplomatik vəzifəli şəxs olaraq Türkiyənin Avstraliya İttifaqında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışır. Türkiyə Respublikasının Kanberradakı səfiri Avstraliya ilə yanaşı, Kiribati, Marşal adaları, Nauru Respublikalarında, Papua-Yeni Qvineyada, Solomon adalarında və Vanuatu Respublikasında da akkreditə olunub.
Həmçinin bax Türkiyənin Avstraliyadakı səfirliyi
İstinadlar
Xarici keçidlər KANBERRA BÜYÜKELÇİSİ UFUK GEZER TÜRKİYE–AVUSTRALYA İŞ KONSEYİ BAŞKANI STEVEN YOUNG T. C Kanberra Büyükelçisi Türkiye Cumhuriyeti Dişişleri Bakanlığı TÜRKİYE CUMHURİYETİ KANBERRA BÜYÜKELÇİLİĞİ