Qayətül-ixtisarfil-qiraətil-əşr li-əimmətil-əmsar () — on qiraətlə bağlı qələmə alınmış əsər.

Müəllif Əsərin müəllifi qiraət və hədis alimi olan Əbül-Əla əl-Həmədanidir. O, 1095-ci ildə anadan olmuş, 1173-cü ildə vəfat etmişdir.

Əsər On qiraətə dair olan əsərdə qiraəti-səbadan hesab olunmayan Əbu Cəfər əl-Mədəniyə bütün imamlardan əvvəl yer verilmişdir. Yenə yeddi qaridən hesab edilməyən Yaqub əl-Hədrəmi də yeddi qaridən olan Asim ibn Bəhdələ, Həmzə ibn Həbib əz-Zəyyat və Əli ibn Həmzə əl-Kisaidən əvvəl qeyd edilmişdir.

"Qayətül-ixtisarfil-qiraətil-əşr li-əimmətil-əmsar"ın giriş hissəsində qiraət imamları, onların sənədləri, rəvayət və təriqləri haqqında mühüm məlumatlara yer verilmişdir. Bu əsərin məlum olan əlyazma nüsxələri Nuruosmaniyyə (№ 86, 117 vərəq), Kütahya Vahid Paşa (№ 2819, vərəq 85a-142a), Mərmərə Universiteti İlahiyyat Fakültəsi (№ 72, 149 vərəq) və ər-Riyad Kral Səud Universiteti (№ 688, 125 vərəq) kitabxanalarında saxlanılır.

Əsər müxtəlif yer (ər-Riyad, Tənta və s.) və tarixlərdə (1994, 2006 və s.) nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar