II Fridrix (; ) — son Böyük Baden hersoqu.
1857-ci ildə Karlsruedə dünyaya gəldi. Atası Şahzadə Fridrix Böyük Baden hersoqu I Leopoldun oğlu, anası isə Alman imperatoru I Vilyamın qızı Luiza ilə evləndi. Doğulduğu əsnada əqli xəstə olan əmisi II Lüdovikin səltənəti davam edirdi və atası naib kimi dövləti idarə edirdi. Hələ 1 yaşında ikən əmisinin vəfatıyla atası taxta çıxdı.
Heydelberq Universitetində təhsil aldı. 1880-ci ildə Prussiya ordusunda hərbi karyerasına başladı. 1882-ci ildə kapitan, 1884-cü ildə mayor, 1889-cu ildə polkovnik, 1891-ci ildə general mayor, 1893-cü ildə general leytenant, 1897-ci ildə general, 1905-ci ildə isə general-feldmarşal rütbələrinə yüksəldi.
1885-ci ildə Nassaulu Adolfun yeganə qızı Şahzadə Hildayla evlənsə də, bu evlilikdən yetkinlik yaşına çatan övladı olmadı.
1907-ci ildə atasının vəfatından sonra taxta çıxdı. Ancaq Birinci Dünya müharibəsinin ardından başlayan Noyabr inqilabı əsnasında 14 noyabr 1918-ci ildə öz adına, 22 noyabrda isə varisi Şahzadə Maksimilyanın adına taxtan çəkildi. Taxtdan endirilməsinin ardından 1920-ci ildə Frayburq-im-Braysqauda yaşamağa başladı. Sonrakı illərində gözləri tamamilə tutuldu və yalnız müalicə üçün Baden-Badenə qayıtdı.
8 avqust 1927-ci ildə əmisi oğlu Şahzadə Maksimilyanın oğlu Şahzadə Bertoldu övladlığa götürdü. Bunda məqsəd isə Badendə qalan ailə mülklərinin hökumət tərəfindən milliləşməsinin qarşısını almaq idi.
Mənbə
Ədəbiyyat
M. & B. Wattel (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers. Paris: Archives & Culture. p. 419. ISBN 978-2-35077-135-9 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 463. ISBN 978-87-7674-434-2 Lothar Machtan: Prinz Max von Baden: Der letzte Kanzler des Kaisers. Suhrkamp Verlag, Berlin 2013, ISBN 978-3-518-42407-0 Günter Wegner: Stellenbesetzung der Deutschen Heere 1815-1939. Band 1: Die Höheren Kommandostellen, Biblio-Verlag, Osnabrück 1990, ISBN 3-7648-1779-8
İstinadlar
Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar