Etyen-Qaspar Rober (; ) — daha çox "Robertson" səhnə adı ilə tanınan görkəmli fizik, illüziyaçı və Lyej yepiskopluğundan olan fantaqmaqoriya (şəkillərin proyeksiyası vasitəsilə yaradılan tamaşa) sənətinin nüfuzlu tərtibatçısıdır. Çarlz Dikkens onu "şərəfli və yüksək təhsilli şoumen" kimi xarakterizə etmişdir.Zeitler, William. "E.G. Robertson ". Accessed 29 July 2007. Öz tamaşaları üçün proyeksiya texnikaları sahəsindəki qabaqcıl işləri ilə yanaşı, Rober həm də fizika mühazirəçisi və aviasiyanın sürətli inkişaf dövründə aeronavt (hava şarı pilotu) olmuşdur.
İlk fəaliyyət illəri
Lyej yepiskopluğunun Lyej şəhərində anadan olan Rober Lövendə təhsil almış və optika sahəsi üzrə ixtisaslaşmış fizika professoru olmuşdur. O, həmçinin rəssamlığa böyük maraq göstərmiş və incəsənət sahəsində karyera qurmaq məqsədilə Fransaya köçmək niyyətində olmuşdur. 1791-ci ildə Parisə köçərək rəssam və cizgiçi kimi fəaliyyət göstərib dolanışığını təmin etmişdir. Parisdə olduğu müddətdə o, Kollec de Fransda təbiət elmləri üzrə mühazirələrlə yanaşı, həmkarı və hava şarı tarixinin mühüm simalarından biri olan Jak Şarlın mühazirələrində iştirak etmişdir. Şarl sonradan Roberin mentoru olmuşdur.
1796-cı ildə, Fransa inqilabı dövründə və Fransa ilə Böyük Britaniya arasında müharibə elan edildikdən üç il sonra, Rober Fransa hökuməti ilə görüşərək Britaniya Krallıq donanmasının gəmilərini yandırmaq üçün bir üsul təklif etmişdir. Arximed güzgüləri haqqındakı mifə əsaslanaraq, o, Britaniya gəmilərinə intensiv günəş işığı yönəltmək üçün nəhəng güzgülərdən istifadə etmək istəyirdi. Lakin hökumət onun bu təklifini rədd etmişdir.Burns, Paul. "The History of The Discovery of Cinematography: Chapter Six 1750–1799 ". Accessed 29 July 2007.Adventures in Cybersound. "Robertson's Phantasmagoria". Accessed 29 July 2007.
Rober fizikanın müxtəlif sahələrində təcrübələr aparmış, 1790-cı illərdə və 19-cu əsrin əvvəllərində qalvanizm və optika sahəsindəki tədqiqatları barədə kütləvi nümayişlər keçirmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1763-cü ildə doğulanlar Kateqoriya:Lyejdə doğulanlar Kateqoriya:1837-ci ildə vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fransa fizikləri Kateqoriya:İllüzionistlər Kateqoriya:Səhnə incəsənəti Kateqoriya:Belçika şəxsləri Kateqoriya:Per-Laşez qəbiristanlığında dəfn olunanlar