The Last Dinner Party, əvvəlki adı ilə Dinner Party — 2021-ci ildə Londonda təşkil edilmiş rok qrupu. Qrupun tərkibində Ebigeyl Morris (vokal), Lizzi Meyland (vokal, gitara), Emili Roberts (aparıcı gitara, mandolin, fleyta), Corciya Devis (bas) və Avrora Nişevçi (klaviatura, vokal) yer alır. Sabit barabançıları olmadığından canlı çıxışlarda əlverişliliyindən asılı olaraq Kasper Maylz ya da Viktoriya Smit onlara kömək edir.
"Island Records" ilə anlaşma bağlayan qrup 2023-cü ilin aprelində "Nothing Matters" () mahnısını təqdim edib. Mahnı Böyük Britaniya siyahılarında ilk iyirmiliyə daxil olub. 2023-cü ilin dekabrında "Yüksələn ulduz" kateqoriyası üzrə "Brit" mükafatına layiq görülüblər və "BBC Sound of 2024" sorğusunda birinciliyi əldə ediblər. 2024-cü il fevralın 2-də nəşr olunan "Prelude to Ecstasy" () adlı debüt albomları Böyük Britaniya albomlar hit-paradında zirvəyə çatıb. Bu, son doqquz ildə ilk həftə ən yüksək satış göstəricisi olan debüt albomu kimi qeydə alınıb. Albom daha sonra "Merkuri" mükafatına namizəd olub. 2025-ci il oktyabrın 17-də ikinci albomları "From the Pyre" () işıq üzü görüb və siyahılarda ikinci yerdə durub.
Diskoqrafiya Studiya albomları Prelude to Ecstasy (2024) From the Pyre (2025)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Brit mükafatı laureatları