275x275px|thumb|At ilinə həsr edilmiş Azərbaycan poçt markası

2026 — Azərbaycanda "Şəhərsalma və Memarlıq İli". 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə baş vermişdir. Bu ilin may ayında Bakıda XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) keçirilmişdir. Bu forum çərçivəsində liderlər sammiti də keçirilmişdir.

2026-cı ildə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin və Xaqani Şirvaninin 900 illik yubileyinin müxtəlif tədbirlər vasitəsilə qeyd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. 2026-cı il üçün Bakı şəhəri Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən "Dünya İdman Paytaxtı" seçilmiş, Qazax və Goranboy şəhərləri isə lokal şəkildə müvafiq olaraq Azərbaycanın "İdman paytaxtı" və "Gənclər paytaxtı" seçilmişdir.

2026-cı ildə Azərbaycan Sülh Şurasına üzv olmuş, ABŞ ilə strateji tərəfdaşlıq haqqında xartiya imzalamışdır. Böyük Qayıdış çərçivəsində Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocavənd və Zəngilan şəhərlərinə ilk köç olmuşdur. Qondarma Dağlıq Qarabağ Respublikasının liderlərinin məhkəməsi bu il ərzində tamamlanmış, onlar cəzalandırılmışdır. Bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləmişdir. Beləliklə, Qars müqaviləsinə istinad Naxçıvan Konstitusiyasından çıxarılmışdır. İranın Naxçıvana zərbələri nəticəsində Azərbaycan-İran münasibətlərində gərginlik yaranmışdır. 2026-cı ildə Azərbaycanda baş verən vacib hadisələr BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası (apreldə), Beynəlxalq Xalça Festivalı 2026 (mayda), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur (oktyabrda).

Vəzifədə olanlar

Siyasi rəhbərlik Azərbaycan Prezidenti — İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti — Mehriban Əliyeva Azərbaycan Baş naziri — Əli Əsədov Hökumət — IX Azərbaycan hökuməti Azərbaycan Respublikası Milli Məclisinin sədri — Sahibə Qafarova Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi — Ceyhun Cəlilov

Dini rəhbərlik Qafqaz müsəlmanları şeyxülislamı — Allahşükür Paşazadə Alban-Udi kilsəsi rəhbəri — Robert Mobili İrəvan qazısı — Bəxtiyar Nəcəfov

Hadisələr

İl boyunca davam edən hadisələr 2026-cı ilin mövzusu: Şəhərsalma və Memarlıq İli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin müxtəlif tədbirlər vasitəsilə qeyd edilməsi Bakının 2026-cı il üçün "Dünya İdman Paytaxtı" statusu Qazaxın 2026-cı il üçün Azərbaycanın "İdman paytaxtı" statusu. Goranboyun 2026-cı il üçün Azərbaycanın "Gənclər Paytaxtı" statusu.

Yanvar thumb|right|300px|Prezident İlham Əliyev Sülh Şurasına daxil olmaq üçün mərasimdə iştirak edərkən. 8 yanvar — "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilmişdir. 21 yanvar — Xankəndiyə ilk köç. Həmçinin bax: Böyük Qayıdışın xronologiyası 22 yanvar — Azərbaycan Sülh Şurasına üzv olaraq daxil oldu. 29 yanvar — Qarabağ FK Azərbaycan futbol tarixində ilk dəfə olaraq, UEFA Çempionlar Liqasının pley-of mərhələsinə çıxan klub olmuşdur. 31 yanvar — Beşbarmaq qoruğunun ərazisində orta əsrlərdən gec olmayan dövrə aid bir karvansara aşkar edilmişdir.

Fevral 300px|thumb|right|2026 Qış Olimpiya Oyunlarına həsr edilmiş poçt markası. 300px|thumb|right|Azərbaycan və ABŞ rəsmiləri strateji tərəfdaşlıq haqqında xartiyanı imzalayarkən. 300px|thumb|right|Xocalı Soyqırımı Memorialının açılış mərasimi. 4 fevral — Azərbaycan Prezidenti İlham Əliyev Zayed "İnsan Qardaşlığı Mükafatı"na layiq görülmüşdür. 5 fevral — Qondarma Dağlıq Qarabağ Respublikasının liderlərinin məhkəməsində təqsirləndirilən şəxslərə qarşı hökm çıxarılaraq onların hamısını təqsirli bilinmişdir. Arayik Harutyunyan, David Babayan, David İşxanyan, Levon Mnatsakanyan və David Manukyan ömürlük həbs cəzasına məhkum edilmişdir. Digər on təqsirləndirilən şəxs 15 ildən 20 ilə qədər həbs cəzasına məhkum olunmuşdur. 17 fevral 2026-cı ildə Ruben Vardanyan da 20 il həbs cəzasına məhkum edilmişdir. 6–22 fevral — Azərbaycan 2026 Qış Olimpiya Oyunlarında 6 fevral — "İdrak" liseyində hücum 10 fevral — Azərbaycan və ABŞ rəsmiləri strateji tərəfdaşlıq haqqında xartiya imzalamışdır. 10 fevral — Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi və "Şuşa Şəhər Dövlət Qoruğu" ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilmişdir. 12 fevral — "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu ICESCO-nun İslam Dünya İrsi İlkin Siyahısına daxil edilmişdir. 15 fevral — Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycana daxil olması üçün viza tələbi ləğv edilmişdir. 16 fevral — Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin yaradılacağı elan edilmişdir. 19 fevral — Ramazan ayının gözlənilən başlama tarixi. 19 fevral — Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birləşmiş Krallığın Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülmüşdür. Beləliklə, o, Britaniya dövlət fəxri tituluna layiq görülmüş ilk Azərbaycan vətəndaşı olmuşdur. 20 fevral — Xocavəndə ilk köç. Həmçinin bax: Böyük Qayıdışın xronologiyası 20 fevral — Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanmışdır. 24 fevral — Su çərşənbəsi. 26 fevral — Xocalı şəhərində Xocalı soyqırımına həsr edilmiş memorialın açılışı olmuşdur. 26 fevral — Azərbaycanın bank sektorunda İslam bankçılığının tətbiqinə başlanılmışdır.

Mart 300px|thumb|right|Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin müvafiq olaraq 12-ci və 4-cü iclası. 3 mart — Od çərşənbəsi 3 mart — Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin müvafiq olaraq 12-ci və 4-cü iclası keçirilmişdir. 4 mart — Qars və Ağdam şəhərlərinin qardaşlaşmış şəhərlər olmağı planlaşdırdığı elan edilmişdir. 4 mart — ABŞ–İsrailin İrana zərbələri səbəbi ilə, Azərbaycanın İrandan evakuasiya etdiyi xarici vətəndaş sayı 1200-ü keçmişdir. Bu şəxslər 40 ölkənin vətəndaşıdır. 4–8 mart — Şahdağ Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku keçirilmişdir. 5 mart — İranın Naxçıvana zərbələri 6 mart — Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı qərar qəbul edilmişdir. 7 mart — Azərbaycan diplomatlarının İrandan təxliyəsi başa çatmışdır. 9 mart — Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən ibarət nümayəndə heyətinin Müqəddəs Taxt-Taca səfəri başlamışdır. Heyət Vatikan Apostol Kitabxanasını ziyarət etmişdir. 10 mart Yel çərşənbəsi Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləmişdir. Beləliklə, Qars müqaviləsinə istinad Naxçıvan Konstitusiyasından çıxarılmış, Naxçıvanın səlahiyyətli nümayəndəsi konstitusiyada qeyd edilmiş və Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe edilmişdir. Hollandiyanın İrandakı səfirliyi Bakıya köçürülmüşdür. 300px|thumb|right|XIII Qlobal Bakı Forumu 12–14 mart — XIII Qlobal Bakı Forumu 12 mart Pekində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə Çin Xarici İnkişaf Assosiasiyası (CODA) arasında anlaşma memorandumu imzalanmışdır. Yunanıstanın İrandakı səfirliyi Bakıya köçürülmüşdür. 13 mart İsveçrənin Cenevrə şəhərində "Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqh müqaviməti və BMT" adlı beynəlxalq konfrans fəaliyyətə başlamış, tədbir Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilmişdir. Elan edilmişdir ki, 1948–1953 və 1988–1991-ci illərdə Ermənistan azərbaycanlılarının deportasiyası ilə bağlı Azərbaycan arxivlərində saxlanılan 800-dən artıq sənəd elektron məlumat bazasına köçürülmüşdür. Şərti olaraq "Qarabağ milli parkı" adlandırılan yeni milli parkın yaradılması ilə bağlı plan elan edilmişdir. Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən qeyd etmişdir ki, Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Azərbaycan Prezidentinə artıq təqdim edilmişdir. 16 mart — Azərbaycanın ASAN xidmətinin Qvineya Respublikasında tətbiqi ilə bağlı saziş imzalanmışdır. 17 mart — Torpaq çərşənbəsi 20–21 mart — Ramazan bayramı. 24 mart — Milli Məclisin sədri Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çinə səfərə getmişdir. 25 mart — 2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunmuşdur. 27 mart — Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan futbol millisi indiyə qədərki tarixində ən böyükhesablı qələbəsini qazanmışdır. Komanda Sent Lüsiya üzərində 6:1 hesablı qələbə qazanmışdır. 28 mart — Bakı və Abşerona aylıq normanın 440 faizi qədər yağıntı düşmüşdür. 31 mart "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 128,05 ABŞ dollar olmuşdur. ABŞ–İsrailin İrana zərbələri səbəbi ilə, İrandan Azərbaycana evakuasiya olunan şəxslərin sayı 3140-ı keçmişdir. Azərbaycan və İpək Yolu Fondu arasında əlaqələrin inkişaf etdirilməsi, birgə investisiya fondunun yaradılması müzakirə edilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında çərçivə sazişi imzalanmışdır, müqaviləyə əsasən mayeləşdirilmiş təbii qaz, xam neft və neft məhsullarının tədarükü, investisiyalar, təlim və təhsil proqramları nəzərdə tutulur.

Aprel 300px|thumb|right|Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının, Vitse-prezidentinin ikinci görüşündən əvvəl çəkilmiş foto 1 aprel — Portuqaliya Azərbaycanda səfirlik açmaq istədiyini bəyan etmişdir. 2 aprel Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilmişdir. Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilmişdir. Qəbul edilən bəyanatda kritik minerallar, nüvə enerjisi, süni intelekt və kosmik texnologiyalar kimi məsələlərə yer verilmişdir. Qazaxıstan Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamaqla Transxəzər nəqliyyat marşrutunun institusional statusunu artırmağı planlaşdırdığını bəyan etmişdir. Tramp yolunun da bu marşrutla əlaqələndiriləcəyi elan edilmişdir. 3 aprel — Azərbaycan–Hindistan münasibətləri: Azərbaycan və Hindistan rəsmiləri görüşərək enerji, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığı artırma yollarını müzakirə etmişdir. 4 aprel — Qərbi Azərbaycan İcması Türkiyənin Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti ilə görüş keçirmişdir. Nümayəndə heyətinin əksəriyyətinin Türkiyəyə köçmüş Ermənistan azərbaycanlılarından ibarət olduğu nəzərə alınaraq qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. 5 aprel Azərbaycanın şimal zonasında sel hadisələri müşahidə edilmişdir. Qərbi Azərbaycan İcması əslən Basarkeçərdən olan gəncləri mükafatlandırmışdır. 300px|thumb|right|Anatoli Banişevskinin yubiley poçt markası 9 aprel Azərbaycandakı Dini Konfessiya rəhbərləri ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) "2026-cı il İllik Hesabatı"nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair məlumatları bəyanatla tənqid etmişdir. Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılmışdır. 10 aprel — Azərbaycan Dillər Universitetində (ADU) Qərbi Azərbaycan Mərkəzinin açılışı olmuşdur. 11 aprel