Yunan və Danimarkalı Şahzadə Sesilya (; ) — Yunanıstan və Danimarka şahzadəsi, titular Böyük Hesse hersoginyası.

1911-ci ildə Afinadakı Tatoy sarayında dünyaya gəldi. Atası Yunanıstan kralı I Georqun oğlu Şahzadə Endryu, anası isə Batterberq şahzadəsi Alisadır. Xoşbəxt uşaqlıq illəri yaşadı. Ancaq Yunanıstandakı inqilabı hərəkat səbəbilə gənclik illərində Avropanın müxtəlif yerlərində sürgündə keçdi. Sürgün illərində ailəsi parçalandı. Anası 1930-cu ildə şizofreniya diaqnozuyla İsveçrədəki bir sanatoriyaya qapadıldı. Atası isə qalan ömrünü Parisdəki məşuqələriylə keçirdi.

1929-cu ildə tanış olduğu dayısı Ernst Lüdovikin oğlu Şahzadə Georqla 2 fevral 1931-ci ildə Darmştadtda evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Şahzadə Lüdviq (1931-1937) Şahzadə Aleksandr (1933-1937) Şahzadə Yuanna (1936-1939)

1937-ci ilin mayında əriylə birlikdə Nasist partiyasına qatıldı. Toy mərasimi səbəbilə, ailəsiylə birlikdə Britaniyaya uçduğu təyyarə Belçika hava məkanında qəzaya uğradı və bu qəza əsnasında hamilə olduğu dördüncü övladını dünyaya gətirdi. Qəza nəticəsində, əri Şahzadə Georq Donatus, 2 oğlu, yenicə dünyaya gətirdiyi övladı, qaynanası Şahzadə Elyanora və bir neçə yaxın ailə dostlarıyla birlikdə həlak oldu. Cənazələri Darmştadta gətirildi və 23 noyabr 1937-ci ildə baş tutan cənazə mərasiminin ardından burada dəfn olundular.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:Yunanıstanın qadın şahzadələri Kateqoriya:Almanlar Kateqoriya:Aviasiya hadisələrində həlak olanlar