Əhməd Vahidi () — General-mayor, İran müdafiə naziri, İran daxili işlər naziri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri.

Həyatı Əhməd Vahidi 27 iyun 1958-ci ildə İranın Şiraz şəhərində anadan olub. Əsl ad və soyadı Əhməd Şah Çeraqidir.

Elektronika üzrə bakalavr və sənaye mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir. İmam Sadiq Universitetindən strateji tədqiqatlar üzrə doktorluq dərəcəsi alıb.

Fəaliyyəti O, israillilərə və amerikalılara qarşı hücumlar təşkil edən Qüds qüvvələrinin keçmiş komandiridir. Bu istiqamətdə ən ölümcül hücum 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzində baş verib. Bu hücum Holokostdan bəri yəhudilərin ən böyük kütləvi qətliamı olub. Argentina kəşfiyyat orqanları və Mossad tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, əməliyyatın arxasında İran dayanır və hücumun təşkilatçısı Əhməd Vahidi olub. Nəticədə, İnterpol Vahidini 2007-ci ildə axtarış siyahısına salıb.

14 noyabr 2022-ci ildə o, "İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə" bütün Avropa Birliyi ölkələrinin sanksiya siyahısına əlavə edilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran müdafiə nazirləri Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İranın daxili işlər nazirləri Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalları