Yuri Romanoviç İzdrik (; ) — Ukrayna nasiri, şairi, kulturoloqu, "Çetver" konseptual jurnal layihəsinin müəllifi və Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı (2025-ci il).

Həyatı

Yuri İzdrik Kaluş şəhərində anadan olmuşdur. Atası Roman Andreyeviç gənclik illərini Perm vilayətinin Qremyaçinsk qəsəbəsində keçirmişdir. O, anası və beş qardaş-bacısı ilə birlikdə oraya sürgün edilmiş, atası keşiş Andrey İzdrik isə Stalinin həbs düşərgələrində məhbus həyatı yaşamışdır. Yuri İzdrik məktəb illərində dərslərini əla qiymətlərlə oxumuş, riyaziyyata maraq göstərmiş və məktəb ansamblında çıxış etmişdir. Həmin dövrdə ədəbiyyata maraq salaraq Vsevolod Nestayko, Stepan Rudanski, Aleksandr Kuprin kimi müəlliflərin əsərlərini və "Böyük Sovet Ensiklopediyası"nı mütaliə etmişdir. İlk şeirlərini 14 yaşında rus dilində qələm almışdır. Sənətkarın ədəbi yaradıcılığında Ernest Heminqueyin dördcildliyi xüsusi rol oynamışdır. Müəllif bu toplunu həqiqi ukrain ədəbi dilinin ilk dərsliyi hesab etmiş, bütün duyğu və təəssüratların ana dilində ifadə edilməsinin mümkünlüyünü məhz bu əsərlər vasitəsilə dərk etmişdir. Yuri İzdrik, həmçinin musiqi məktəbinin violonçel və fortepiano sinfini bitirmiş, müstəqil şəkildə gitara və mandolina çalmağı öyrənmişdir. Məktəbi bitirdikdən sonra Lvov Politexnik İnstitutunun mexanika-texnologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində sənət tarixi ilə dərindən maraqlanmış, sənətşünaslıq üzrə mühazirələrdə iştirak etmiş, rok qrupunda oynamış və tələbə teatrının tamaşalarında çıxış etmişdir.Лінивість та ніжність Юрія Іздрика // Читомо

1984-cü ildə ali təhsilini başa vuran Yuri İzdrik 1984–1986-cı illərdə İvano-Frankovsk avtomatlaşdırılmış tökmə maşınları zavodunda, 1986–1990-cı illərdə isə Kaluş Halurgiya Elmi-Tədqiqat İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1980-ci illərin sonunda yazıçı mədəni həyata fəal şəkildə qoşulmuşdur. O, çoxsaylı rəsmi və qeyri-rəsmi bədii aksiyalarda, sərgilərdə iştirak etmiş, vilayət komsomol qəzeti ilə əməkdaşlıq etmişdir. 1989-cu ildə məşhur "Çetver" jurnalının fəaliyyəti başlamışdır ki, onun ilk iki nömrəsi samizdat (özünəşr) üsulu ilə işıq üzü görmüşdür. 1990-cı ildə İvano-Frankivskdə keçirilən "İmpreza" biennalına hazırlıq zamanı İzdrik Yuri Andruxoviç ilə tanış olmuşdur. Bu tanışlıq müəllifin həyatında həlledici rol oynamışdır. Yuri İzdrikin birgə jurnal nəşr etmək təklifini Yuri Andruxoviç qəbul etmiş və sənətkarlar bir neçə il ərzində jurnal üzərində birgə çalışmışlar. Onlar arasındakı dostluq münasibətləri hazırda da davam etməkdədir. Yuri İzdrik Kaluşda yaşayır və fəaliyyət göstərir. O, "KRK adası" (1994) povestinin, "Stanislav və onun 11 xilaskarı" (1996) şeir toplusunun, "Votsek" (1996, 1997), "İkiqat Leon" (2000) və "AMtm" (2004) romanlarının müəllifidir. Həmçinin, onun biblioqrafiyasına "Fleşka" (2007), "Fleşka-2GB" (2009), "Take" (2009), "Underwor(l)d" (2011), "İzdrik. Yu" (2013), "Nəsrdən sonra" (2013), "AB OUT" (2014), "Məhəbbət təqvimi" (2015) topluları, bir sıra povestlər, hekayələr, kulturoloji və ədəbiyyatşünaslıq məqalələri daxildir. İzdrik, eyni zamanda "Stanislav fenomeni" kimi tanınan ədəbi cərəyanın banilərindən biri hesab olunur.Живопис Іздрика у колекції Гриньових.

Yaradıcılığı Yazıçının ilk əsərləri "Çetver" və "Vidrijka" (Polşa) jurnallarının samizdat buraxılışlarında işıq üzü görmüşdür. Sonuncu dərgi müəllifin ilk şeirlərinin dərc olunduğu platforma olmuşdur. "Çetver" jurnalında isə onun "Sonuncu müharibə" hekayələr silsiləsi və "Vətən haqqında on şeir" poetik silsiləsi yayımlanmışdır. İlk əsərləri ortaya çıxdıqdan sonra bəzi tənqidçilər "İzdrik — bir uydurmadır, Andruxoviçin təxəllüsüdür" fikrini irəli sürmüşdülər. Bu yanaşma təsadüfi deyildi; belə ki, İzdrik, Andruxoviç və Proxaskonun müəyyən əsərlərində süjet xətləri, qəhrəmanlar və hətta ifadələr bir-biri ilə səsləşirdi ki, bu da "Stanislav fenomeni" yaradıcılarını öz orijinallığı ilə birləşdirən və fərqləndirən əsas amil idi. Zaman keçdikcə Yuri İzdrik özünü qeyri-adi bir sənətkar kimi sübut etmiş və hər hansı plagiat ehtimalı tamamilə aradan qalxmışdır. Ədəbi debütündən sonra sənətkar yazıçı fəaliyyətinə qısa müddətə ara vermişdir. İzdrik "Çetver" jurnalının redaktəsi ilə yanaşı, 1990–1994-cü illərdə fəal şəkildə rəssamlıqla məşğul olmağa başlamışdır. Onun "Əyalət əlavəsi № 2" (1991), "Pasaj-1" (1992), "s-obyekt" (1993), "İmpreza" biennalı (1993), "Lvovda müasir sənət günləri" (1994), "Kaluşa qayıdış" (1994) və digər çoxsaylı bədii sərgilərdə iştirakı buna sübutdur. Bu dövrdə o, həmçinin kitabların (Yuri Andruxoviçin "Ekzotik quşlar və bitkilər" toplusu) və jurnalların bədii tərtibatı ilə məşğul olmuşdur. Müəllif İvano-Frankivsk, Lvov və Çerniqov kimi şəhərlərdə "Kchenkitsch" (1990), "Kolleksiya" (1993), "İzdrik: rəngkarlıq, qrafika, transilvaniya" adlı fərdi sərgilərini keçirmişdir. Əslində, həmin dörd il ərzində rəssamlıq onun əsas qazanc mənbəyinə çevrilmişdir; əsərləri böyük populyarlıq qazanmışdır və hazırda Ukrayna, Polşa, Almaniya, Avstriya, İspaniya, ABŞ və Taylandın şəxsi kolleksiyalarında və qalereyalarında saxlanılır. Bununla belə, Yuri İzdrik tədricən yazıçı fəaliyyətinə geri dönmüşdür. Bir müddət teatr sənətinə maraq göstərərək Çarlz Dikkenin əsəri əsasında "Ocaq başında çırçırama" (ukr. Tsvirkun na zapiçku) və Selincerin əsəri əsasında "Çovdar tarlasında uçurumdan qoruyan" pyeslərini yazmışdır. 1990-cı illərin əvvəllərində Çerniqov Vilayət Gənclər Teatrı bu pyeslər əsasında tamaşalar hazırlamış, eyni zamanda Yuri İzdrik həmin teatrın səhnəsində nümayiş olunan "Adaptasiya" layihəsinin həm müəllifi, həm təşəbbüskarı, həm də ifaçısı olmuşdur. 1994-cü ildə sənətkar qəti şəkildə ədəbi yaradıcılığa və fəaliyyətə qayıtmışdır. Müəllif "gizli fəaliyyətdən" çıxmış və "Suçasnist" jurnalında "KRK adası" (1994) povestinin ilk rəsmi nəşri işıq üzü görmüşdür. Tənqidçilər bu əsəri müsbət qiymətləndirmiş, sonradan povest "Literatura na świecie" jurnalının səhifələrində polyak dilində yayımlanmış və 1998-ci ildə "KRK adası və digər hekayələr" adı altında ayrıca kitab kimi nəşr olunmuşdur. Kitabların yazılması arasındakı fasilələrdə İzdrik "Den" qəzeti ilə əməkdaşlıq etmiş, "Çetver" jurnalının redaktəsini davam etdirmiş və musiqi ilə məşğul olmuşdur. O, 1 saylı fortepiano konsertini ("İmpreza-93") və 2 saylı fortepiano konsertini (İvano-Frankivsk İncəsənət Muzeyindəki fərdi sərgisi zamanı) təqdim etmiş, Anna Kirpan və Yuri Andruxoviçin şeirlərinə musiqi silsilələri bəstələmişdir.

Yuri İzdrikin ədəbi yaradıcılığında əsl yüksəliş, müəllifin öz istedadını tam şəkildə nümayiş etdirdiyi "Votsek" (1998-ci il) romanı ilə başlamışdır. 2000-ci ildə yazıçının növbəti romanı olan "İkiqat Leon" işıq üzü görmüşdür. Nəşrlər üzərində işləməklə yanaşı, İzdrik "Çetver" jurnalının redaktə fəaliyyətini də davam etdirmişdir. 2004-cü ildə onun prinsipial olaraq yeni üslubda qələm alınmış "AMtm" adlı novellalar romanı yayımlanmışdır. 2008-ci ildə "Çetver" jurnalının hələlik fəaliyyəti dayandırılmış sonuncu — 30-cu nömrəsi çap edilmişdir. 2008-ci ildə müəllif Rusiya təbliğatçısı Zaxar Prilepin ilə birgə ədəbi oxu tədbirində iştirak etmişdir.

2009-cu ildə müəllifin "Fleşka 2GB" və müəllifə "BBC-nin ilin kitabı 2009" mükafatını qazandıran "TAKE" adlı esse və eskizlər toplusu nəşr olunmuşdur. 2011-ci ildə yazıçı şeir, esse və kollajlardan ibarət "Underwor(l)d" ("Zirzəmi") kitabını təqdim etmişdir. 2013-cü ildə Lvov şəhərində "İzdrik. Yu" adlı poetik məcmuə çapdan çıxmışdır ki, buradakı mətnlər daha əvvəl müəllifin "Ölü gündəlik" adlı bloqunda yayımlanmışdır. Musiqi, vizual sənət və ədəbiyyat arasındakı uzunmüddətli axtarışlar hazırda musiqinin xeyrinə nəticələnsə də, İzdrik şeir yazmağa və "Prosto neba" adlı küçə jurnalının nəşri üzərində çalışmağa davam etmişdir. 2010-cu ildə o, şair və musiqiçi Qriqori Semençuk ilə birlikdə "DrumTİatr" adlı müştərək musiqi layihəsinin əsasını qoymuşdur. 2014-cü ildə Çernovtsıda keçirilən "Meridian Czernowitz" beynəlxalq şair və tərcüməçi təqaüd proqramı çərçivəsində jurnalist və mədəniyyət tənqidçisi Yevgeniya Nesteroviç və fotoqraf Aleksandr Naselenko ilə birlikdə "Summa" media layihəsi üzərində işlərə başlamışdır. Bu layihənin media komponenti müəlliflərin auditoriya ilə daimi ünsiyyətini nəzərdə tutmuş və fəal iştirakçıların həmmüəllif olmaq imkanı yaradılmışdır. "Summa" layihəsinin yekun məhsulu eyniadlı kitabın nəşri olaraq planlaşdırılmışdır. 2017-ci ildə sənətkarın "Papirosı" kitabı Belarus dilində musiqi albomu formatında buraxılmışdır. Bu albom Minskdən olan "Buben Naruszewicz Baisan" triosunun Azqur Muzeyindəki canlı improvizasiya çıxışının yazısıdır. Toplunun tərcümə edilmiş versiyası "Pyatka belaruskaya" adını almışdır. İzdrikin şeirlərinin belarus dilinə tərcüməsini isə şair Ales Plotka yerinə yetirmişdir.«Пятка беларуская»

Yuri İzdrikin "Votsek" romanı ədəbi mühitdə böyük əks-səda doğurmuş, oxucuların rəğbətini qazanmaqla yanaşı, ədəbi tənqidçilər tərəfindən də yüksək qiymətləndirilmişdir. Vasili Qaborun "yuxular içində yuxular haqqında kitab" kimi xarakterizə etdiyi bu əsərin İvano-Frankivskdə çap olunmuş ilk tirajı bir həftə ərzində tamamilə satılmışdır. 2013-cü ilin iyun ayında kitabın təqdimat konserti üçün Lvov şəhərinə yollanan müəllif yol qəzasına uğramışdır. Ağır stress keçirməsinə baxmayaraq, təqdimata qatılan sənətkar səhnədə elə bir emosional çıxış etmişdir ki, başındakı xəsarət olmasaydı, onun həmin gün ağır bir qəza keçirdiyini təsəvvür etmək mümkün olmazdı. 2008-ci ildə müəllif Rusiya təbliğatçısı Zaxar Prilepin ilə birgə ədəbi oxu tədbirində iştirak etmişdir.

7 mart 2025-ci il tarixində "Jerry Heil" (Yana Şemayeva) və "Monatik"in ifasında "Vımolıv" (ukr. Vımolıv) mahnısı təqdim edilmişdir. Bu musiqili-poetik əsər Yuri İzdrikin "Rattle" şeiri əsasında hazırlanmışdır. Trekdə virtual-pioninoçu Yevgen Xmaranın müşayiəti yer almış, klipin rejissorluğunu isə İlya Dutsik etmişdir.

Mahnı 13 mart tarixində nümayişə çıxan "Kordona məzuniyyət" (ukr. Vidpustka naoslip) romantik komediyasının rəsmi saundtreki olmuş və qısa müddətdə sosial şəbəkələrdə geniş populyarlıq qazanmışdır. "TikTok" platformasında mahnıdan geniş istifadə olunmağa başlanmış, "YouTube" videohostinqində isə klip bir milyona yaxın baxış toplamışdır.

İctimai mövqeyi 2018-ci ilin iyun ayında Yuri İzdrik Rusiyada həbsdə olan ukraynalı rejissor Oleq Sentsova dəstək məqsədilə video müraciət yayımlamışdır.

Əsərləri

Nəsr

«Острів КРК» (1993) «Воццек & воццекургія» (1997) «Подвійний Леон» (2000) «Інший формат: Юрко Іздрик» (Івано-Франківськ: Лілея-НВ, 2003) «AM™» (Львів: Кальварія, 2004) «3:1» — це «Острів Крк», «Воццек» і «Подвійний Леон» (Харків: «Клуб Сімейного Дозвілля», 2009) «ТАКЕ» (Харків: «Клуб Сімейного Дозвілля», 2009). «Флешка-2GB» («Грані-Т», 2009). «Флешка. Дефрагментація» («Таке», 2009) «Номінація. Уся Проза Іздрика » (Львів: «Видавництво Старого Лева», 2016) «Summa» (з Євгенією Нестерович; Чернівці: Meridian Czernowitz, 2016) 

Şeirlər «Ю » (Львів: «Видавництво Старого Лева», 2013) «Після прози» (Чернівці: Meridian Czernowitz, 2013) «AB OUT » (Львів: «Видавництво Старого Лева», 2014) «Календар Любові » (Львів: «Видавництво Старого Лева», 2015) «Папіроси » (Чернівці: Meridian Czernowitz, 2017)  «Ліниві і ніжні » (K.: А-ба-ба-га-ла-ма-га, 2018) «Молитва» «Меланхолії» (Львів: «Видавництво Старого Лева», 2019) «Інші речі» (Львів: «Видавництво Старого Лева», 2021) «Третій рай» (Львів: «Видавництво Старого Лева», 2023) «Колекція» (Чернівці: Meridian Czernowitz, 2023)

Esselər «Флешка» (2007) «Флешка» — 2gb (К.:Грані-Т, 2009)

Tərcümələr Чеслав Мілош «Родинна Європа», разом із Лідією Стефановською (Літопис, 2007)

Redaktə Анджей Стасюк «Дорогою на Бабадаг» (Критика, 2006)

İstinadlar

Xarici keçidlər

Юрко Іздрик: повернення «хрещеного батька» // «Дзеркало тижня», 17 січня 2005 Іздрик: я писав з насолодою, близькою до фізичної // BBCUkrainian.com, 30 грудня 2005 Юрко Іздрик не любить солодке та пригадує, як «вср…ся» // Українська правда — Життя", 22 жовтня 2008