Müqəddəs Frensis () — 2019-cu ildə ekranlara çıxmış ABŞ komediya-dram filmi. Rejissoru Aleks Tompsondur, ssenarini isə Kelli Osallivan yazıb.

Film tənqidçilərdən xüsusi rəğbət görüb və 2020-ci ildə Con Kassavetes adına "Müstəqil Ruh" mükafatına namizəd göstərilib.

Təsvir Otuz dörd yaşında, restoranda ofisiant işləyən Bricit hələ də istədiyi yerdə deyil. Yazıçı olmaq xəyalı var, amma iş irəliləmir. Özündən kiçik bir oğlanla başlayan macəra onu ana olmaq kimi ağlına gətirmədiyi bir sualın qarşısında qoyur. Bu qarmaşanın tam ortasında isə yeni bir iş tapır, öz bildiyini edən bir altı yaşlıya baxmaq. Uşaq elə bil sadəcə uşaq deyil, Bricit öz həyatını anlaması üçün göndərilmiş kiçik, amma inadla danışan bir müəllimdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2019-cu ilin müstəqil filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Çikaqo haqqında filmlər Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri