Kompanyon () — 2025-ci ilin ABŞ filmi. Drü Henkok ssenarini özü yazıb, kameranın arxasına da özü keçib. Bu, onun ilk rejissorluq işidir. Film elmi-fantastika, dəhşət və triller ünsürlərini özündə birləşdirir. Prodüserlər arasında Zak Kregger, Roy Li, Rafael Marqolis və Cey Di Lifşits var.

"Warner Bros. Pictures" filmi həmin ilin yanvarın 31-dən ABŞ-də kinoteatrlarda nümayişə qoyur. Film həm tənqidçiləri, həm də tamaşaçıları məmnun edib. 10 milyon dollarlıq büdcə ilə çəkilən film kassada 36,7 milyon dollar toplayıb.

Təsvir Yeni sevgililər Ayris və Coş, bir dəstə dostla birlikdə uzaqda, göl kənarındakı bir evdə həftəsonu keçirməyə gəlirlər. Hər şey gözəl başlayır. Gülüş var, söhbət var, yaxşı əhval var. Amma qan gölməçəsi içində tapılan bir cəsəd hər şeyi dağıdır. O andan etibarən ev başqa bir yerə çevrilir. Heç kim rahat nəfəs ala bilmir, heç kim özünü güvəndə hiss etmir. Şübhələr artdıqca insanların əsl üzü də görünməyə başlayır. Kimdə nə gizli niyyət varsa, hamısı bir-bir üzə çıxır. Əylənmək üçün gəldikləri bu yer, indi sağ qalmaq üçün mübarizə apardıqları bir yerə çevrilir. Bir texnologiya isə bu uyuşmaz insanları divarın dibinə sıxışdırır və heç kimin bilmək istəmədiyi həqiqətləri gün işığına çıxarır. Bəs bu həqiqətlər onlara nəyə başa gələcək?

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:İngilis dilində qorxu triller filmləri Kateqoriya:Gey filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:Psixoloji triller filmləri