Borso d'Este (; ) — ilk Modena və Ferrara hersoqu.

Modena, Ferrara və Reccio markizi III Nikolo d'Estenin italyan məşuqəsi Stella de Tolomeydən doğulan və sonradan rəsmi övlad olaraq elan edilən üçüncü oğludur. Atası 3 dəfə rəsmi şəkildə evlənmişdi. İlk xanımı vəbadan vəfat etmişdi və övladı yox idi. İkinci xanımından yetkinlik yaşına çatan 2 qızı doğulsa da, xanımını xəyanətlə günahlandırıb 1425-ci ildə edam etdirmişdi. Üçüncü və son xanımından 2 oğlu doğulsa da, onlar azyaşlı idi. Bu səbəblə atasının 1441-ci ildə ölümündən sonra, onun rəsmi xanımından doğulan oğulları deyil, məhz məşuqəsindən doğulan oğulları atasının rəsmi ünvanlarını miras aldılar. Bunda anası Stella de Tolomeyin saraydakı güclü nüfuzu mühüm rol oynadı.

Doğma qardaşı Leonello d'Estenin gənc yaşda müəmmalı ölümünün ardından 1450-ci ildə onun bütün ünvanlarını miras aldı. 18 may 1452-ci ildə Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən Modena və Reccio hersoqu ünvanı aldı. 12 aprel 1471-ci ildə isə Roma papası II Pavel tərəfindən Ferrara hersoqu ünvanı aldı.

Venesiya Respublikası ilə müttəfiq idi və həm I Françesko Sforza, həm də Mediçi ailəsinə düşmən siyasət yürütdü. İncəsənətə maraqlı idi və bu səbəblə sarayı dövrün mühüm sənətçilərinin toplanma yerinə çevrildi. İntibah dövrünün inkişafına təkan verdi. Dövrün ən mühüm əsəri isə öz adıyla anılan Borso İncili əsəridir.

Heç vaxt evlənmədi və varisi olmadı. Bu səbəblə, ölümünün ardından ögey qardaşı I Erkole taxta çıxdı.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:D'Este