Süzma, süzme və ya süzmə — Cənubi Qafqazda "rəqs içində rəqs" formasını təşkil edən rəqs elementi.
Süzmə Azərbaycan və erməni rəqslərinin ayrı bir hissəsidir. Azərbaycan rəqslərində həmçinin dizlər üzərində də ifa olunur. Bu rəqs üz ifadələri ilə müşayiət olunan bədən və qolların yumşaq hərəkətlərindən ibarətdir. Qadın rəqslərində süzmə lirik xarakter daşıyır, kişi rəqslərində isə mərdlik və coşqu ilə seçilir.
Rəqs yüngül yellənmə və ayaq dəyişmə, habelə yerində fırlanma və irəliyə doğru cüzi yerdəyişmələrlə xarakterizə olunur. Bu zaman həmin elementi ifa edən rəqqas ayaq hərəkətlərini qol hərəkətləri ilə uzlaşdırır. Süzmə ifa edilərkən hərəkət dalğavari şəkildə ayaqlardan başa qədər bütün bədəndən keçir, çiyinlərin ekspressiv titrəməsi və əl pəncələrinin yumşaq fırlanması ilə tamamlanır.
Təkli rəqslərlə yanaşı, qrup rəqslərində də ifa oluna bilər. Çox vaxt bu element rəqsin əsas hissəsi kimi çıxış edir, buna görə də süzmə bəzən ayrıca rəqs növü kimi fərqləndirilir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan rəqsləri Kateqoriya:Erməni rəqsləri