Etnosənətşünaslıq etnoqrafiya və sənətşünaslığın kəsişmə nöqtəsində olan bir elm sahəsidir.

Geniş mənada ayrı-ayrı xalqların bədii mədəniyyətinin etnik xüsusiyyətlərini, müxtəlif etnik qrupların xalq (ənənəvi-məişət) sənətini, onun genezisini, inkişaf qanunauyğunluqlarını, mənşəyini, ibtidai incəsənətini, xalq yaradıcılığının peşəkar sənətlə qarşılıqlı əlaqəsini, habelə ayrı-ayrı sənət növlərini, onun müasir industrial cəmiyyətdə taleyini, etnoqrafik muzeylərdə xalq sənət nümunələrinin saxlanması və nümayiş etdirilməsi üsullarını, xalq sənət yaradıcılığını mənbə kimi etnogenezin öyrənilməsində istifadəsini öyrənir.

Etnogenez xalq yaradıcılığının, onun tarixinin həm nəzəri cəhətlərini, həm də sahə tədqiqi üsullarını özündə birləşdirir. Etnogenez üzrə öyrənilən xalq yaradıcılığının növləri: təsviri sənət, musiqi, xoreoqrafiya, xalq yaradıcılığı teatrı və s.

Başqa sözlə, Etnogenez təsviri xalq sənətini öyrənir (plastika, müstəvidə süjet təsvirləri, metal, ağac və digər materialların bədii emalı, xalçaçılıq, ornament, bədii tikiş və s).

Xalq yaradıcılığına aid faktiki məlumatlar XIX əsrin sonu XX əsrin əvvəllərində müxtəlif cərəyan və məktəblərə aid alimlərinin nəzəriyyəsində geniş istifadə edilmişdir. F. Boas dünya xalqlarının bədii mədəniyyətinin ayrı-ayrı formalarının öyrənilməsinə çox diqqət yetirirdi. Sonralar A. Kröber xalq yaradıcılığı üslublarının müxtəlifliyini, bu və ya digər sosial institutlarla əlaqələndirməyə cəhd etmişdir. Etnoqrafiyanın sonrakı inkişafına K. Levi-Strosun əsərləri əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Müasir Qərb etnogenezinin yeni cərəyanlardan biri də "etnosənət"dir (etnoart). Bu elmin təşəbbüskarı Xalq yaradıcılığını etnogen aspektdə öyrənilməsinin tərəfdarı Q. Silver "etnoart" elminin təşəbbüskarı kimi çıxış edir, bu da onu koqnitiv antropologiya tərəfdarları ilə həmfikir edir.

Etnogenez və etnik tarix məsələlərinin öyrənilməsi üçün mənbə kimi xalq ornamentinin əhəmiyyətini inandırıcı şəkildə nümayiş etdirən S. V. İvanov və etnoqrafik material əsasında teatrın erkən formalarını yenidən qurmağa çalışan A. D. Avdeyev etnoqrafik elmdə problemlərin öyrənilməsinə böyük töhfə vermişlər.

Ədəbiyyat

Kateqoriya:Sənətşünaslıq Kateqoriya:Etnologiya Kateqoriya:Kulturologiya