Şenal Sarıhan (; ) — Türkiyəli vəkil, insan haqları fəalı və feminist və köşə yazarı. 1997-ci ildə həmkarı Sezgin Tanrıkulu ilə birlikdə Robert F.Kennedi İnsan Hüquqları Mükafatına layiq görülüb. Bu mükafat hər il, cəsarətli fəaliyyəti insan hüquqları hərəkatının mərkəzində dayanan və Robert F.Kennedinin vizyonu ilə irsini yaşadan şəxslərə təqdim olunur. Həyatı Şenal Sarıhan 17 fevral 1948-ci ildə Süleyman Hüsamettin bəy və Müşərrəf xanımın övladı olaraq Əskişəhərin Sivrihisar rayonunda anadan olub. 1966-cı ildə İzmir Təhsil İnstitutunun Ədəbiyyat fakültəsini, 1974-cü ildə isə İstanbul Universiteti Hüquq fakültəsini bitirib. Əvvəlcə müəllim, daha sonra Ankara Barosuna bağlı müstəqil vəkil kimi fəaliyyət göstərən Sarıhan, vəkilliyinin ilk illərində 1980-ci ildə 12 sentyabr çevrilişi zamanı fəaliyyəti dayanmış Müasir Hüquqşünaslar Dərnəyinin (Çağdaş Hukukçular Derneği) yenidən açılması işlərinə rəhbərlik edib və üç dövr dərnəyin Ümumi Başçısı vəzifəsini icra edib. 12 mart memorandumunda və 12 sentyabr çevrilişində həbs olunaraq mühakimə edilib.
Siyasi qətllər nəticəsində həyatını itirmiş Bahriyə Üçox, Müammər Aksoy, Uğur Mumcu, Əhməd Tanər Qışlalı və digər ziyalıların məhkəmə işlərində müdahil vəkil kimi iştirak edib. O, həmçinin Sivas qətliamında həyatını itirən ziyalıların yaxınlarının vəkili kimi fəaliyyət göstərir. TCK (Türk Cəza Qanunu) Qadın Platformasının Ankara bölməsinin rəhbəri olub. 5 dekabr 1997-ci ildə qadın mübarizəsini təşkilatlandırmaq məqsədilə Cümhuriyyət Qadınları Dərnəyini qurub və 67 şəhər və rayonda fəaliyyət göstərən bu dərnəyin 17 il ərzində Ümumi Başçısı olub.
2005-2006-cı illər arasında Baş Nazirliyin İnsan Hüquqları Məsləhət Şurasında Sədr müavini vəzifəsində çalışıb, lakin sonradan istefa verərək bu postu tərk edib. "Kanaltürk" və "Halk TV" telekanallarında qadınların insan hüquqlarına dair televiziya proqramları hazırlayıb. Şenal Sarıhan insan hüquqları aktivistidir və bir çox mükafatlara layiq görülüb. Ailəlidir, iki övladı var və orta səviyyədə fransız dilini bilir.
Siyasi fəaliyyəti 300px|thumb|right|Cümhuriyyət Xalq Partiyası millət vəkili kimi Şenal Sarıhan mətbuata açıqlama verir 2011-ci il Türkiyə ümumi seçkilərində Cümhuriyyət Xalq Partiyasından (CHP) Ankara millətvəkilliyinə namizədliyini irəli sürsə də, məclisə daxil ola bilməyib. CHP-nin Hüquq və Qadın Qollarının "Qadın Həbsxanaları" bölmələrində fəaliyyət göstərib. Partiyanın 34-cü Qurultayında Yüksək İntizam Şurasının (YDK) üzvü, 18-ci Növbədənkənar Qurultayda isə Partiya Məclisinin (PM) üzvü seçilib.
Millətvəkilliyi Heç bir partiyanın təkbaşına iqtidar olmaq üçün kifayət edən yer sayını qazana bilmədiyi 2015-ci il iyun ümumi seçkilərində Cümhuriyyət Xalq Partiyasından Ankara ikinci bölgə millətvəkili kimi məclisə daxil olub. 2015-ci il noyabr ümumi seçkilərində yenidən CHP Ankara millətvəkili seçilən Şenal Sarıhan, Türkiyə Böyük Millət Məclisinin 26-cı çağırışında (noyabr 2015–2018) İnsan Hüquqlarını Araşdırma Komissiyasının Sədr müavini vəzifəsində çalışıb.
O, 2018-ci il Türkiyə Parlament seçkiləri zamanı CHP-nin namizəd siyahılarından çıxarılıb.
İstinadlar
Kateqoriya:Türk feministlər