Moldo Kılıç Şamıkan oğlu (; ) — Qırğızıstan imrovizator-şairi. O, müasir Qırğızıstan ədəbiyyatının banilərindən biri hesab edilir və onun yaradıcılığı folklor ənənələrindən müəllif ədəbiyyatına keçid mərhələsini təşkil etmişdir.
Həyatı Moldo Kılıçın əsərləri qırğız şairləri arasında ilk dəfə nəşr olunan nümunələrdən biri kimi mühüm əhəmiyyət kəsb edir. Onun "Qissəyi-Zilzalə" ("Zəlzələ dastanı") poeması 1911-ci ildə Ufa şəhərində işıq üzü görmüşdür. Klassik müsəlman təhsili almış Moldo Qılıç əsərlərini qırğız dilində, ərəb qrafikası ilə qələmə almışdır. "Şu bəyanı" ("Şu haqqında hekayət") poemasında şair Qırğızıstanın Rusiya imperiyası tərkibinə daxil olması ilə bağlı baş verən dəyişiklikləri nikbin ruhda təsvir etmişdir. Buna baxmayaraq, onun dünyagörüşünün təməlini islam dəyərləri təşkil etmişdir.
Sovet hakimiyyəti illərində Moldo Kılıçın şeirləri ilk dəfə 1925-ci ildə çap olunmuş, ən kamil toplusu isə 1940-cı ildə nəşr edilmişdir, lakin İkinci Dünya müharibəsindən sonra şairin yaradıcılığına qarşı rəsmi münasibət dəyişmiş və onun əsərlərinin tədqiq olunmasına qadağa qoyulmuşdur.
Əsərləri "Чүй баяны" "Керме тоо" "Канаттуу" "Кол казал" "Кара Кочкор" "Кыз-жигит" "Мал казал" "Жатакчылар" "Чүй канаттуулары". "Бүркүттүн тою" "Он жети бий" "Качанак Молдо Сулайман" "Молдо Дүйшө". "Зар-заман" "Азаматтар" "Сапар" "Байтайлак"
Nəşrləri Кысса-и-Зилзала (قصۀ زلزله), Казан: Типо-лит. Т-го Д-ма "В. Еремеевъ и А. Шашабринь", 1911 Тамсилдер (تمسلدەر), Маскөө: СССР калктарынын борбор басма мехкемеси, 1925 Канаттуулар (Qanatuular), Фрунзе: Кыргызмамбас, 1939
İstinadlar
Əlavə ədəbiyyat Мамлекеттик тил жана энциклопедия борбору. Кыргыз педагогикасы (энциклопедиялык окуу куралы). — Б.: 2004
Kateqoriya:Qırğızıstan şairləri