I Bela (; ) — Macarıstan kralı.

Atasının edamından sonra qardaşlarıyla birlikdə 1031-ci ildə Macarıstanı tərk etdi. Polşada məskunlaşdı və Polşa kralının qızıyla evləndi. Ardından taxta çıxan qardaşı I Andreyin dəvətiylə vətənə qayıtdı. Ancaq qardaşının öz oğlunu varis elan etməsinin ardından qardaşıyla münasibətləri pisləşdi. Polyak qohumlarının dəstəyilə qardaşını 1060-cı ildə taxtdan endirdi və özü taxta çıxdı.

Maliyyə islahatları apardı və son paqan üsyanını da amansızcasına yatırdı. Oturduğu taxtın çökməsi nəticəsində ağır yaralandı.

Mənbə

Ədəbiyyat

Simon of Kéza: The Deeds of the Hungarians (Edited and translated by László Veszprémy and Frank Schaer with a study by Jenő Szűcs) (1999). CEU Press. . The Hungarian Illuminated Chronicle: Chronica de Gestis Hungarorum (Edited by Dezső Dercsényi) (1970). Corvina, Taplinger Publishing. .

İstinadlar Kateqoriya:Macarıstan kralları Kateqoriya:XI əsr Avropa hökmdarları