thumb|right|200px|Çin Respublikasının (Tayvan) saatdarı

thumb|right|200px|Ukrayna Prezident alayının Fəxri qarovul taboru

Saatdar — ona tapşırılmış postun mühafizəsi və müdafiəsi üzrə döyüş tapşırığını yerinə yetirən silahlı qarovulçu.

Saatdarın toxunulmazlığı

Saatdar toxunulmaz şəxsdir. Saatdarın toxunulmazlığı aşağıdakılardan ibarətdir: Onun hüquqlarının və şəxsi ləyaqətinin qanunla xüsusi mühafizə olunması; Onun yalnız konkret şəxslərə — qarovul rəisinə, onun köməkçisinə və öz dəyişdiricisinə tabe olması; Bütün şəxslərin saatdarın xidməti ilə bağlı tələblərini sözsüz yerinə yetirmək vəzifəsi; Ona Nizamnamə ilə müəyyən edilmiş hallarda silah tətbiq etmək hüququnun verilməsi.

Vəzifələri Saatdar borcludur:

Öz postunu diqqətlə mühafizə və mərdliklə müdafiə etmək, diqqətini yayındırmamaq, silahı əlindən yerə qoymamaq və tabe olduğu şəxslər də daxil olmaqla, onu heç kəsə verməmək; Postda tapşırığı yerinə yetirərkən silahı dolu və hər an tətbiqə hazır vəziyyətdə saxlamaq (lakin patronu patrondaşına yerləşdirməmək); Müəyyən edilmiş marşrutla hərəkət edərək postun ətrafını və hasarını diqqətlə nəzərdən keçirmək, rabitə vasitələri ilə xidmətin gedişi barədə müəyyən olunmuş vaxtlarda məruzə etmək; Qarovul rəisi, rəis köməkçisi, öz dəyişdiricisi və onların müşayiət etdiyi şəxslərdən başqa, heç kəsi posta post tabelində göstərilən məsafədən yaxın buraxmamaq; Heç bir halda, əvəz edilənə və ya postdan çıxarılanadək postu tərk etməmək; Qarovulun nəqliyyat vasitələrinin hərəkət marşrutunu, onların tanınma nişanlarını və siqnallarını bilmək; Postda olan yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq; Obyektin hasarında nasazlıq aşkar etdikdə və ya postun yaxınlığında hər hansı qayda pozuntusu baş verdikdə qarovul rəisini çağırmaq; Texniki mühafizə vasitələrinin siqnalını və ya qarovul itinin hürüşünü eşitdikdə dərhal qarovul otağına məlumat vermək.

Saatdara qadağandır: Oturmaq, bir yerə söykənmək, yatmaq; Siqaret çəkmək, danışmaq, yemək yemək, su içmək; Oxumaq, yazmaq; Təbii ehtiyaclarını ödəmək; Hər hansı əşyanı qəbul etmək və ya ötürmək; Ehtiyac olmadan patronu patrondaşına yerləşdirmək; Texniki mühafizə vasitələrinin təsir zonasına daxil olmaq.

İstinadlar

Ədəbiyyat siyahısı

Kateqoriya:Hərb elmi Kateqoriya:Hərbi hüquq Kateqoriya:Hərbi ənənələr Kateqoriya:Fəxri qarovul dəstəsi Kateqoriya:Futbol terminologiyası