Dərya Yanıq (; ) — türk vəkil və siyasətçisi. Türkiyə Respublikasının keçmiş Ailə və Sosial Xidmətlər naziri.

Erkən həyatı və təhsili Dərya Yanıq 30 may 1972-ci ildə o dövr Adana, bu gün isə Osmaniyə sərhədləri daxilində olan Qədirli ilçəsində anadan olub. İbtidai təhsilini həmin rayonda, orta təhsilini isə Adana Anadolu Liseyində tamamlayıb. 1995-ci ildə İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olub. 1996-cı ildə İstanbul Vəkillər Kollegiyasına bağlı olaraq vəkillik təcrübəsini başa vurub.

Karyerası 1997-ci ildən sərbəst vəkil kimi fəaliyyət göstərən Dərya Yanıq, müxtəlif radio kanallarında hüquq verilişləri aparıb və müxtəlif jurnallarda hüquqi mövzularda məqalələr yazıb. O, 2002-ci ilin avqustunda yaradılan Ədalət və İnkişaf Partiyasının İstanbul İl İdarə Heyətinin tərkibində yer alıb. 2003-cü ildə partiyanın 1-ci növbəti qurultayında yenidən İstanbul İl İdarə Heyətinin üzvü seçilib. Həmin il "Gənc Siyasi Liderlər Proqramı" çərçivəsində İsraildə siyasi və sosial araşdırmalar aparıb. Bundan əlavə, İstanbul İl Başqanlığı Siyasi və Hüquqi İşlər Birliyi Hüquq Komissiyasının qurucu sədri vəzifəsini də icra edib. 2004-cü ildə Türkiyədə keçirilən yerli özünüidarəetmə seçkilərində İstanbulun Bəyoğlu bələdiyyə başçılığına namizədliyini irəli sürüb. 2004–2014-cü illərdə İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin üzvü olub. 2006-cı ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tarixində ilk dəfə bir qadın məclis üzvü olaraq Böyükşəhər Bələdiyyə Başçısı Qədir Topbaşı əvəz edib. O, həmçinin İstanbul Böyükşəhər Bələdiyyəsinin Hüquq Komissiyasının sədri və AK Parti qrupunun sözçüsü vəzifələrində də çalışıb. Hazırda Qadın və Demokratiya Dərnəyinin (KADEM) idarə heyətinin üzvü olan Dərya Yanıq; insan hüquqları, ailə hüququ, uşaq və qadın hüquqları sahələri ilə bağlı bir çox vətəndaş cəmiyyəti layihələrində iştirak edib. O, 24 mart 2021-ci il tarixində keçirilən Ədalət və İnkişaf AK Partinin 7-ci növbəti qurultayında Mərkəzi Qərar və İdarə Heyətinin üzvü seçilib.

O, Ədalət və İnkişaf Partiyası tərəfindən təşkil edilən Siyasət Akademiyasının təlim seriyaları çərçivəsində bir müddət "Siyasət fəlsəfəsi və siyasi mətnlər" fənnindən dərs deyib. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyində (MÜSİAD) məsləhətçi və təhsil sektoru şurasının sədr müavini vəzifələrində çalışıb.

Ailə və Sosial Xidmətlər Nazirliyi 21 aprel 2021-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyənin 66-cı hökumətində Ailə və Sosial Xidmətlər naziri təyin edilib. Həmin gün Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında and içərək vəzifəni sələfi Zəhra Zümrüd Səlcuqdan təhvil alıb.

dərya Yanıq, 20 may 2021-ci ildə Türkiyə Böyük Millət Məclisinin Qadınlara Qarşı Zorakılığın Səbəblərinin Müəyyən Edilməsi üzrə Araşdırma Komissiyasında qadına qarşı zorakılıq hadisələri ilə bağlı: "..cədvələ baxdıqda, məsələn, 2020-ci ilin yanvar ayı etibarilə 19582 olan rəqəm, fevral və mart aylarında bir qədər, yəni tolere edilə bilən həddə qədər artarkən, 2020-ci ilin aprel ayında ciddi bir azalma müşahidə olunur.." ifadələri ilə çıxış edib.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları