Əbu Abdillah əl-Haris ibn Əsəd əl-Mühasibi əl-Ənəzi (; ) — sufi, hədis, kəlam və təfsir alimi.
Ona "özünü mühakimə" həssaslığından ötrü "Mühasibi" deyilmişdir.
Həyatı Əl-Haris əl-Mühasibi 781-ci və ya 786-cı ildə Bəsrədə dünyaya gəlmişdir. Rəbiə qəbiləsinin Ənəzə qoluna mənsubdur.
Gənc yaşlarında Bağdada yollanan Haris əl-Mühasibi, burada Vəki ibn Cərrah, Qasım ibn Səllam və başqalarından dini təhsil almışdır. Həmçinin mənbələrdə onun əş-Şafiə tələbəlik etdiyi haqqında da məlumatlar vardır.
Bağdadda olarkən hədis məclislərində iştirak edən əl-Haris əl-Mühasibi, bir qrup zahid ilə qarşılaşdıqdan sonra sufiliyə yönəlmişdir.
Bir müddətdən sonra fikirlərindən ötrü Bağdadı tərk etmək məcburiyyətində qalan əl-Haris əl-Mühasibi, Əhməd ibn Hənbəlin ölümündən sonra yenidən Bağdada qayıda bilmiş və 857-ci ildə burada da vəfat etmişdir.
Görüşləri Onun Mötəziləyə qarşı olduğu, bu səbəbdən Mötəziləyə mənsub olan atasının mirasını rədd etdiyi mənbələrdə qeyd edilmişdir.
Onun Bağdadda olarkən qələmə aldığı "ən-Nəsəihud-diniyyə" əsəri əsasan Sələf əqidəsi və əhli-hədis düşüncəsinə sahib olduğunu əks etdirir.
Minhə hadisələri vaxtı isə onun vəziyyəti haqqında məlumatlar mənbələrdə kifayət qədər azdır. Həmin vaxtlarda Mötəziləyə cavab verməyə çalışan əl-Haris əl-Mühasibi bu məqsədlə "Fəhmül-Quran" adlı əsərini qələmə almışdır.
Minhə hadisələri bitdikdən sonra qələmə aldığı "ər-Riayə" əsərində də Mötəziləni tənqid etmiş, lakin bu əsərdə Mötəziləni öz metodları ilə tənqid etməyə çalışmasında ötrü Sələf alimləri tərəfindən tənqid edilməsinə gətirib çıxarmışdır. Xüsusi ilə "Fəhmül-Quran"dakı görüşləri Əhməd ibn Hənbəlin tərəfdarlarının diqqətini cəlb etmişdir. Mötəziləni tənqid edərkən onların görüşlərini uzun-uzadıya nəql edərək Mötəzilənin yayılmasına təkan verdiyi iddiası ilə Əhməd ibn Hənbəlin onu dəstəkləmədiyi və günahını etiraf etmədiyi müddətcə tövbəsinin qəbul olunmacağını dediyi nəql edilmişdir. Həmçinin həmin əl-Haris əl-Mühasibi bəzi sufilər tərəfində də xoş qarşılanmamışdır. Belə ki, dövrün sufilərindən Sirri əs-Səqəti Cüneyd əl-Bağdadiyə əl-Haris əl-Mühasibinin elm və ədəbini götürməsini, kəlam görüşlərini və rəddiyyələrini isə buraxmasını tövsiyə etməsi onun kəlam səhasinə yönəlməsinin xoş qarşılanmadığını nümayiş etdirməkdədir. Digər tərəfdən Əhməd ibn Hənbəlin gizlincə əl-Haris əl-Mühasibinin söhbətində iştirak etdiyi, söhbətin sonunda ağlayaraq onu təqdir etdiyi, lakin bu söhbətlərin öz tərəfdarı üçün məqsədəuyğun hesab etmədiyi nəql edilmişdir. Zəhəbi isə bu nəqli etibarlı hesab etməmişdir.
Hədis elmindəki yeri O "hədisdə imam" adlandırılsa da, "Kütubi-sittə"də onun rəvayətlərlərinə yer verilməmişdir.
Əl-Haris əl-Mühasibidən Əhməd ibn Həsən, Əhməd ibn Qasım, Cüneyd əl-Bağdadi, Əhməd ibn Məsruq, İsmayıl ibn İshaq və başqaları hədis rəvayət etmişlər.
Əsərləri Əl-Haris əl-Mühasibinin 22 əsəri dövrümüzə qədər gəlib çatmışdır. Onlardan bəziləri bunlardır:
Ər-Riayə li-hüquqillah vəl-qiyam bihə. Ədəbün-nüfus. Bədü mən ənəbə ilallah. Risalətül-Müstərşidin. Fəsl min kitabil-əzəmə.
Həmçinin bax İbn Küllab
İstinadlar
Kateqoriya:Sufilər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Sünni imamları Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:Ərəb filosoflar Kateqoriya:IX əsr filosofları