Jivko Topaloviç (; ) — serb və Yuqoslaviyalı sosialist siyasətçi idi. Topaloviç 1921-ci ildə yaradılmış Yuqoslaviya Sosialist Partiyasının aparıcı simalarından birinə çevrilmişdir.Banac, Ivo. The National Question in Yugoslavia: Origins, History, Politics. Ithaca: Cornell University Press, 1984. pp. 198–199.IISH, Živko Topalović Papers İkinci Dünya müharibəsi zamanı isə o, Draja Mixayloviçin rəhbərlik etdiyi Çetniklərin görkəmli üzvlərindən olmuşdur.
Erkən həyatı Topaloviç 1904-cü ildə Ujitse gimnaziyasını bitirmişdir. Ujitsedə təhsil aldığı dövrdə o, Serbiyada sosializmin qurucularından olan Dimitriye Tutsoviç, Radovan Draqoviç və Draqişa Lapçeviç ilə tanış olmuş və ömürboyu davam edəcək sosialist fəaliyyətinə başlamışdır. 18 yaşında olarkən Serbiya Tekstil İşçiləri İttifaqının təlimatçısı və katibi olmuşdur.
Sonradan Belqrada köçərək hüquq təhsili almış və cinayət hüququ üzrə fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. 1910–1912-ci illərdə Paris və Berlində əlavə təhsil almışdır. Təhsilini Birinci Balkan müharibəsinin başlaması yarımçıq qoymuşdur. Ehtiyat zabit kimi səfərbər edilərək hər iki Balkan müharibələrində iştirak etmiş, xüsusilə Kumanovo döyüşü və Breqalnitsa döyüşündə vuruşmuşdur. İkinci Balkan müharibəsi başa çatdıqdan sonra təhsilini davam etdirmişdir.
Birinci Dünya müharibəsi Birinci Dünya müharibəsi zamanı Topaloviç kiçik leytenant rütbəsində xidmət etmişdir. O, Ser döyüşü və Kolubara döyüşündə iştirak etmişdir. Dimitriye Tutsoviç döyüşdə həlak olduqdan sonra onun Vrapçe Brdo ərazisində dəfnində iştirak edən əsgərlərdən biri olmuşdur.
1914-cü ildə Belqrad ətrafındakı döyüşlərdə ağır yaralanmış və fon Makenzenin qüvvələri tərəfindən əsir alınmışdır. Əsirlik dövrünün böyük hissəsini Aşax an der Donau hərbi əsir düşərgəsində keçirmişdir. 1917-ci ilin sonlarında Serbiya ilə Avstriya-Macarıstan arasında yaralı zabitlərin kütləvi mübadiləsi nəticəsində azad edilmişdir. Serbiya Qırmızı Xaçının xahişi ilə Korfuda Avstriya-Macarıstan əsirliyində saxlanılan serb hərbi əsirlərinin vəziyyəti barədə mühazirə oxumuşdur, çünki o, əsirlər ilə hakimiyyət arasında vasitəçi kimi fəaliyyət göstərmişdi.
Müharibələrarası dövr Topaloviç Yuqoslaviya Kommunist Partiyası daxilində fəhlə inqilabına qarşı çıxan “mərkəzçi” fraksiyanın lideri idi. Partiyanın 1920-ci ilin iyununda Vukovarda keçirilən İkinci Qurultayında Topaloviç Yuqoslaviyada vəziyyətin inqilabi olmadığını və İkinci İnternasional prinsiplərinin tətbiq edilməməli olduğunu bildirmişdir. Qurultay zamanı heç bir mərkəzçi partiya rəhbərliyinə seçilmədiyindən, onlar partiyanı tərk edərək öz təşkilatlarını yaratmışdılar.
Topaloviç 1923-cü ilin mayından 1929-cu ilin yanvarına qədər Əmək və Sosialist İnternasionalının icraiyyə orqanında Yuqoslaviyanı təmsil etmişdir. 1925-ci ilin avqustuna qədər bu mandatı bolqar sosialist lideri Yanko Sakazov ilə birlikdə bölüşmüş, daha sonra isə polyak sosialistləri Boleslav Drobner və Yozef Kruk ilə paylaşmışdır.Kowalski, Werner. Geschichte der sozialistischen arbeiter-internationale: 1923 - 19. Berlin: Dt. Verl. d. Wissenschaften, 1985. p. 283
1930-cu illərdə Topaloviçin o dövrdə Belqrad polis rəisi olan Milan Açimoviç ilə yaxşı münasibətləri olmuşdur. Müharibələrarası dövrdə varlandığı üçün ona zarafatla gazda Živko (“patron Jivko”) ləqəbi verilmişdi. O, peşəkar hüquqşünas idi.
İkinci Dünya müharibəsi İkinci Dünya müharibəsi dövründə Topaloviç Çetniklərin lideri Draja Mixayloviçin yaxın əməkdaşına çevrilmişdir. O, Mixailoviç tərəfindən təşkil olunan Ba kəndində keçirilən Ba Konqresinin sədri olmuşdur.Pavlowitch, Stevan K. Serbia: The History Behind the Name . London: Hurst & Co, 2001. p. 152Pavlowitch, Stevan K. Hitler's New Disorder: The Second World War in Yugoslavia . New York: Columbia University Press, 2008. p. 289 Konqres zamanı Topaloviç Bosniyanın Serbiya, Xorvatiya və Sloveniya ilə yanaşı dördüncü federal vahid olmasını təklif etmişdi, lakin bu təklif Draqişa Vasiç və Stevan Molyeviç tərəfindən rədd edilmişdir.:"Ж. Топаловић је чак предлагао да Босна буде четврта федерална јединица..." Konqresin son günündə o, Yuqoslaviya partizanlarına qarşı hazırladığı məruzəni təqdim etmiş və kommunistləri vətəndaş müharibəsinə son qoyaraq Mihailovićin komandanlığı altına keçməyə çağırmışdır.
1944-cü ilin aprel ayının sonunda Çaçak yaxınlığındakı Trbuşani kəndində Topaloviç Miroslav Trifunoviç və Predraq Rakoviç ilə birlikdə Milan Açimoviç və Almaniyanın Cənub-Şərqi Avropa üzrə nümayəndəsi Herman Noybaxerin təmsilçisi ilə görüşmüşdür. Görüşdə partizanlara qarşı birgə mübarizə və çetniklərin silahlandırılması məsələləri müzakirə edilmişdir.
31 may 1944-cü ildə Topaloviç həyat yoldaşı və britaniyalı əlaqələndirici zabit Çarlz Armstronq ilə birlikdə İtaliyaya getmişdir. Onun məqsədi diplomatik fəaliyyət vasitəsilə çetniklərə kömək etmək idi, çünki müttəfiqlərin müharibədə qalib gələcəyi artıq aydın idi və çetniklərin mövqeyi ağırlaşmışdı. Topaloviçhazırladığı hesabatda çetnikləri tərifləmiş, partizanları isə tənqid etmiş və müttəfiqlərə Mixailoviçə arxalanmağı tövsiyə etmişdir. 1944-cü ilin sentyabrında o, İtaliyada Mərkəzi Milli Komitə idarə heyətini yaratmışdır.
Topaloviçin kitabları 1947-ci ildə Yuqoslaviya hökuməti tərəfindən qadağan edilmişdir.
İstinadlar
Mənbə
Kateqoriya:Yuqoslaviya Sosialist Partiyası siyasətçiləri Kateqoriya:Leyborist və Sosialist İnternasionalının İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Belqrad Universiteti Hüquq fakültəsinin məzunları Kateqoriya:Serbiya antikommunistləri Kateqoriya:Serbiya sosialistləri